FETÖçulara qarşı mübarizə daha iki universitetdə aparıla bilər
Tarix: 01-11-2016 | Saat: 16:35
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər
Türkiyədə fövqəladə vəziyyətin oktyabr ayının 19-dan daha üç ay uzadılması FETÖçulara qarşı mübarizənin ikinci mərhələsinə qədəm qoyulmasından xəbər verir. Ondan əvvəl isə Gülənin varisinin elan edilməsinə dair xəbərlərin yer alması, ardınca Mərkəzi Kəşfiyyat İdarəsinin mətbuatdakı qələmi kimi tanınan Maykl Rubinin “American Enterprise İnstitute” üçün yazdığı məqaləsində üçüncü çevriliş cəhdinə hazırlıqların getdiyini vurğulaması FETÖ məsələsinin hələ bir neçə ay gündəmdə qalacağından, Gülən camaatına qarşı ciddi mübarizə tədbirlərinin görüləcəyindən xəbər verir.
FETÖçuların proyekti “konsept” olaraq, xalqları qarşı-qarşıya qoymaqdan,terror təşkilatından başqa bir şey olmadığı müəyyən olundu. FETÖçuların Azərbaycan Respublikasında, Orta Asiyada, hətta Rusiya dövlətinin özündə möhkəmlənməsi və hakimiyyət dairələrinə sızması 15 iyul Türkiyədəki məlum çevriliş cəhdindən sonra bir daha təsdiqləndi. Türkiyədə baş tutmayan çevriliş cəhdi FETÖçuların “ağalarını” məyus edib ifşa olunmalarını mümkünləşdirə bildi. Amma, onların tam zərərsizləşdirməsi hələdə mümkün olmayıb. Belə çıxır ki, onlara qarşı mübarizə hər yerdə olduğu kimi, ölkəmizdə də aparılacaq və ən çox kök atdıqları təhsil sistemindən təmizlənməsinə cəhd göstəriləcək. Çünki, bir az əvvəl ölkəmizdə FETÖçuların kimliyinə dair məlumatların Türkiyədən Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralova göndərilməsi ilə bağlı xəbərlər ölkə gündəmini zəbt etdi.
Elə bu səbəbdən mümkündür ki, Gülən camaatına bağlı şəxslərin hər yerdə təhsil müəssisələrində, o cümlədən, Azərbaycan Dövlət İqtisad və Azərbaycan Texnologiya Universitetlərində olub-olmadıqları müəyyənləşdirilsin.
Əks təqdirdə, MKİ-nin mətbuatdakı adamı kimi tanınan Maykl Rubinin sərsəm proqnozlarına yaxın hadisələr olarsa (Allah eləməsin), Gülən camaatının digər ölkələrdəki, o cümlədən, Azərbaycandakı “büro üzvləri” bundan ruhlanıb fəallaşar, Pensilvaniyadakı ağalarından əmr gözləyər. Bu səbəbdən mütləqdir ki, onların kökü ölkəmizdə əvvəlcədən kəsilsin.
Faktinfo.az
Xəbəri paylaş
7268 dəfə oxunub.
Digər xəbərlər

3-05-2017, 15:13
Afaqla Lalə Məmmədovanın AÇIQ SAVAŞI: “Qeyrətsizin qeyrəti…”
7-10-2021, 09:59
İran Azərbaycan qoşunlarının ratsiya əlaqəsini izləyərək Ermənistana ötürüb - ŞOK FAKTLAR
29-06-2015, 18:35
Ermənistanın müdafiə naziri Seyran Ohanyan Qarabağda vəziyyətin gərginləşə biləcəyi haqqında açıqlama verib.
15-09-2020, 22:43
Küçədə yatan yeniyetmə ilə bağlı rəsmi AÇIQLAMA
3-11-2019, 15:39
Manaf Ağayev ikinci dəfə baba oldu
14-04-2016, 13:57
Con Kerri Azərbaycanı nümunə göstərdi
17-02-2021, 05:29
Sərkisyan “qayıtdı” və həyasızcasına saxtakarlıq etdi
15-02-2017, 01:57
2 min adam işıqsız qaldı - Pişiyə görə