Rəqəmli yayım üçün dekoder alanların - Nəzərinə
Tarix: 01-11-2016 | Saat: 13:46
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm / Texnologiya | çapa göndər
Azərbaycanda telekanalların rəqəmli yayıma keçidi ilə bağlı zəruri olan dekoderləri alarkən qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir.
Bunu Report-a açıqlamasında Milli Televiziya və Radio Şurasının (MTRŞ) şöbə müdiri, professor İsa Məmmədov deyib.
Onun sözlərinə görə, əhali dekoderləri 25-30 manata əldə edə bilər: "Qurğunun HD formatını dəstəkləməsinə diqqət yetirilməlidir. Çünki bir sıra kanallarda HD formatında verilişlər yayımlanır. İstifadəçilər özləri də aparatı qoşa bilərlər. Rəqəmsal yayımın üç - stasionar, daşınan və və mobil formaları var. Bunların hər üçündən istifadə etmək olar".
İ.Məmmədov bildirib ki, bölgələrdə 135 rəqəmsal televiziya ötürücüsü (99 faiz) quraşdırılıb: "Dərələrdə və ucqar ərazilərdə yerləşən bəzi kəndlərdə rəqəmsal yayımı təmin etmək üçün 45 kiçik radioverici sifariş olunub. Həmin radiovericilər quraşdırıldıqdan sonra yayımın alınmasında problem qalmayacaq. Bakı və Abşeron yarımadasında isə 19 rəqəmsal televiziya ötürücüsü quraşdırılıb. Analoq yayım üçün isə 300-dən çox ötürücüdən istifadə olunurdu".
Qeyd edək ki, bu gündən Bakı və Abşeron yarımadasında analoq yayım dayandırılıb. Bölgələrdə isə proses dekabrın 1-dən həyata keçiriləcək.
Xəbəri paylaş
1 0598 dəfə oxunub.
Digər xəbərlər

28-06-2018, 12:43
Türk ordusundan PKK-ya ağır zərbə – 10 ölü
29-02-2016, 13:01
Ramil Usubov rəis və müavinlərini vəzifəsindən azad etdi
11-04-2023, 11:23
Bu gün ikinci Qədr gecəsidir - ƏMƏLLƏR
23-01-2021, 12:22
Kəmaləddin Heydərov ölkədən 28 milyard pul çıxarıb - ŞOK İDDİA
13-10-2015, 14:42
Putin azərbaycanlı iş adamına “Dostluq“ ordeni verdi
9-12-2017, 13:18
Alimlər yağların adama necə ziyan vurduğunu açıqlayıblar
14-05-2018, 11:04
Aşıq Azərin tabutuyla selfi çəkdirənlər, damlayan Rəqsanə, hamam xalatındakı Tünzalə - HƏFTƏBECƏR
6-05-2016, 00:16
Sorosun tərəfdaşı: “Dünya 2008 böhranına gedir”
18-04-2022, 08:48
Başlıbel faciəsindən 29 il ötür
30-10-2018, 11:10
1321 cinayət, 900-ə yaxın qurban - İnsan alveri ilə bağlı STATİSTİKA