Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Lənkəranskinin nəyə görə öldürüldüyü bilindi
Tarix: 01-11-2016 | Saat: 13:14
Bölmə:M / Karusel / Gündəm / Xəbəraz-ın debatı | çapa göndər

Lənkəranskinin nəyə görə öldürüldüyü bilindi

Rövşən Lənkəranskini 2016-cı ilin yazında Moskvada “göy kralı” hesab edilən Canpolad Şamiloğlunu qətlə yetirməsinə görə öldürüblər.

"Xəbəraz.az " xəbər verir ki, bu barədə informasiyanı “Rosbalt” agentliyi özünün etibarlı mənbələrinə istinadən yayıb. Agentlik Canıyevin ölümü ilə bağlı istintaqı rusiyalı dedektivlərin də apardığını bildirib:

“Onlar praktik olaraq cinayətin nəyə görə törədildiyini müəyyən edə biliblər. Araşdırma zamanı müəyyən olub ki, Canpolad Şamiloğlunu öldürmək üçün o zaman iki killer təyin olunub. Bu şəxslər Canıyevin qruplaşmasından olublar. Üstəlik, Canpoladın ölüm fərmanını şəxsən Rövşən Lənkəranski verib. Bundan sonra Canpoladın tərəfdarları və qohumları Lənkəranskidən qisas alacaqlarını bildiriblər və onun haqqında ölüm hökmü çıxarıblar”.

Qeyd edək ki, Rövşən Lənkəranski bu il avqustun 18-də İstanbulda qətlə yetirilib. Onun ölüm əmrinin kim tərəfindən verildiyi indiyə qədər istintaqa məlum deyil. Bəzi mətbuat orqanları isə Lənkəranskinin ölümündə bir müddət öncə həbs edilmiş rus mafiyasının lideri Zaxariya Kalaşovun maraqlı ola biləcəyini yazıb.

Azərbaycanlı biznesmen Canpolad Şamiloğlu martın 16-da Moskvada qətlə yetirilib. Killer onun bədəninə 3, başına isə bir güllə vuraraq qətlə yetirib.


Xəbəri paylaş

9248 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___