Zakir Həsənov pilotsuz uçuş aparatlarının sınağını izlədi - FOTO
Tarix: 30-10-2016 | Saat: 15:08
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Pilotsuz uçuş aparatlarının döyüş imkanları nümayiş etdirilib
Hərbi Hava Qüvvələrinin döyüş hazırlığının yoxlanılması məqsədilə müdafiə naziri general-polkovnik Zakir Həsənov hərbi aviasiya bazalarından birində olub.
"Xəbəraz.az " bildirir ki, müdafiə naziri uçuş və texniki heyətlə görüş keçirib, hərbi aviasiyanın döyüşə hazırlığının səviyyəsini, onun imkanları və effektiv istifadəsini, uçuş-enmə zolaqlarını, trenajor siniflərini, yardımçı bina və tikililərin mövcud vəziyyətini yoxlayıb.
Azərbaycan Respublikasının prezidenti, Silahlı Qüvvələrin ali baş komandanı cənab İlham Əliyev tərəfindən ordu quruculuğu sahəsində qarşıya qoyulan vəzifələr zabit heyəti ilə keçirilən görüşdə şəxsi heyətin diqqətinə çatdırılıb.
Müdafiə nazirinə yerli istehsal olan yeni növ pilotsuz uçuş aparatlarının döyüş qabiliyyəti, praktiki uçuşları, heyətlərin hazırlığı və yerüstü idarəetmə stansiyasının imkanları nümayiş etdirilib.
Müdafiə naziri hərbi pilotların uçuş praktikası, onların təlim-məşq hazırlığının plana müvafiq şəkildə həyata keçirilməsi ilə bağlı Hərbi Hava Qüvvələrinin komandanlığı qarşısında tapşırıqlar qoyub.
Görüşün sonunda nazirliyin rəhbər heyəti uçuş və texniki heyətlə birgə nahar ediblər.
Xəbəri paylaş
8068 dəfə oxunub.
Digər xəbərlər

10-11-2020, 00:29
Ermənistanın 17 siyasi partiyası Paşinyanın istefasını tələb edir
3-02-2016, 14:40
Azərbaycanda dərmanların qiyməti kəskin ucuzlaşacaq
8-06-2023, 11:10
Oynaq ağrılarından 2 aya xilas olun - TƏBİİ RESEPT
27-05-2015, 17:50
Azərbaycanda deputatın oğlu saxlanıldı
30-04-2018, 16:20
Təhsil işçilərinə məzuniyyət verilməsi ilə bağlı qanunvericiliyə dəyişiklik təklif olunur
5-10-2016, 10:05
Təhsil Naziri Mikayıl Cabbarov Beynəlxalq Müəllimlər Günü münasibəti ilə Azərbaycandakı müəllimləri təbrik edir
9-01-2016, 12:53
İranda 30-dan çox azərbaycanlı asıldı - Video
14-07-2017, 12:50
Ermənini tərifləyən, jurnalisti dolayan Brillianta - Sərt reaksiya