Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Putinin mətbuat katibi ABŞ prezidentinin çıxışlarına cavab verdi.
Tarix: 27-05-2015 | Saat: 11:37
Bölmə:M / Karusel / Siyasət / M2 | çapa göndər

Putinin mətbuat katibi ABŞ prezidentinin çıxışlarına cavab verdi.

ABŞ prezidenti Barak Obama Rusiyanı Ukraynanın şərqində hərbi mövqeyini artırmaqda ittiham etdi.

Xeberaz.az
xarici KİV-ə istinadən xəbər verir ki, Amerika lideri bu barədə NATO-nun baş katibi Yens Stoltenberq ilə çərşənbə axşamı ikitərəfli görüşlərin nəticələrinə həsr olunmuş müştərək brifinq zamanı bildirib.

“Biz Ukraynadakı vəziyyəti, eləcə də Rusiyanın tutduğu təcavüzkar mövqeyi müzakirə etmək imkanına malik idik”, - Obama deyib.

Ukraynada vəziyyəti müzakirə edərkən, tərəflər bu ilin fevral ayında imzalanmış, amma sistematik olaraq pozulan atəşin dayandırılması üzrə razılığa riayət etmənin labüdlüyünü qeyd ediblər.

Stoltenberq qeyd edib ki, bu razılıq hələ də “sülhün əldə edilməsi yolu” olaraq qalır.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Kreml ABŞ prezidenti Barak Obamanın Rusiyanın Ukraynanın şərqində hərbi mövqeyini möhkəmləndirməsinə dair çıxışlarına reaksiya verməməlidir. Bu barədə “İnterfaks” bildirib.

“Yeni iddia deyil. Belə iddialara qarşı reaksiyalar dəfələrlə səsləndirilib, ona görə də yeni reaksiyaya ehtiyac duymuruq”, Peskov qeyd edib.


Xəbəri paylaş

7128 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___