Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mərkəzi Bank bir "daş"la iki "quş" vuracaq – AÇIQLAMA
Tarix: 29-10-2016 | Saat: 20:12
Bölmə:M / Karusel / İqtisadiyyat | çapa göndər

Mərkəzi Bank bir "daş"la iki "quş" vuracaq – AÇIQLAMA

Mərkəzi Bank 650 milyon manatlıq notlar emissiya edəcək. Emissiya hər birinin nominal dəyəri 100 manat olan 6 milyon ədəd qısamüddətli və hər birinin nominal dəyəri 100 manat olan 500 min ədəd dövlət qısamüddətli notlarından ibarətdir.
"Xəbəraz.az " fins.az-a istinadən bildirir ki, "Kapital Menecment İnvestisiya Şirkəti"nin direktoru Cəfər İbrahimli "Marja"ya bildirdi ki, Mərkəzi Bankın notları depozit hərracı ilə müqayisədə daha operativ və effektiv alətdir.
"Mərkəzi Bank depozit hərracını tətbiq etməyə başlayanda təklif etdim ki, depozit hərracı keçirməkdənsə, daha operativ alət olan notlar buraxılsın. Mərkəzi Bank təxminən 3 aydır depozit hərracını keçirir. İndi yəqin ki, depozit hərracı ilə müqayisədə daha operativ və effektli olan notlar ilə siyasəti davam etdirməyə qərar veriblər. 28 günlük depozit hərracı zamanı müqavilə bağlanılır və kommersiya bankı Mərkəzi Banka depozit yatırır. Bankların likvidlik ehtiyacı yarandıqda həmin müqaviləni pozmaq çətin olur. Çünki bu depozitdir, siz gəlir götürmək istəyirsinizsə pulu müddətin sonunda geri ala bilərsiniz. Notların isə bir neçə üstünlüyü var: Notları təkrar bazarda satmaq və onlar ilə Repo əməliyyatları aparmaq olar. Notların istifadəsi likvidlik baxımından banklar daha faydalıdır. Bizim bazarın arxitekturası da buna hazırdır. Notlar bazarın tanıdığı bir kağız olduğundan, notların daha faydalı olacağını düşünürəm".

Cəfər İbrahimli qeyd etdi ki, Mərkəzi Bank not əməliyyatında bir "daş" ilə iki "quş" vurmağı hədəfləyir:
"Mərkəzi Bankın depozit hərracı keçirtməkdə məqsədlərindən biri ölkədə yüksək olan inflyasiyanı səngitməkdir. Mən hələ də bu qənaətimdə qalıram ki, inflyasiyanın yüksək olması pul kütləsi ilə deyil, ötən ilki devalvasiyalar ilə bağlıdır. Bu inflyasiya bu il onsuz da yüksək olacaq, gələn ildən isə Manatın məzənnəsində ciddi dəyişiklik olmasa, inflyasiya sabitləşəcək. Çünki bu ilin effekti gələn ilə qiymətlərdə daha az əks olunacaq.
Qeyd etdiyim kimi, birinci məqsəd dövriyyədəki manat kütləsini azaltmaqla, alıcılıq qabiliyyətini aşağı salmaq və inflyasiyanı azaltmaqdır. Not buraxılışında ikinci məqsəd isə Dollar/manat məzənnəsinin qalxmasını səngitməkdir. Bankların əlində Manat kütləsi azalarsa, əlavə dollar alışına gedə bilməyəcəklər".

Cəfər İbrahimli əlavə etdi ki, uçot dərəcəsinin 15%-ə qaldırılması və not emissiyası Manata güvəni təsis edəcəkdir. Yaxın gələcəkdə uçot dərəcəsi bir qədər də qaldırıla bilər:

"2015-ci ilin May ayında təklif etmişxim ki, Manatın faizi kəskin yüksəldilməlidir. Onda bankirlər mənə bildirdilər ki, "kredit bahalaşacaq və ölkə inkişaf etməyəcək". Mən onlara izah etdim ki, "indi inkişaf vaxtı deyil, indi tənəzülün qarşısını almaq vaxtıdır". Banklar 8-9 ay manatla dolların əmanət faizini eyni saxladılar. Onlara hələ proseslər çatmırdı. Sonradan Dollar əmanətlərinin faizini aşağı salmağa başladılar".
Xəbər verdiyimiz kimi, 28 oktyabr 2016-cı il tarixində Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası (Palata) tərəfindən Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) cari hesabat ilində emissiyası nəzərdə tutulan hər birinin nominal dəyəri 100 (yüz) manat olan 6 000 000 (altı milyon) ədəd qısamüddətli notlarının emissiya prospekti 52S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır.
28 oktyabr tarixində Palata tərəfindən həmçinin AMB-nin hər birinin nominal dəyəri 100 (yüz) manat olan 500 000 (beş yüz min) ədəd dövlət qısamüddətli notlarının buraxılışı 50100152S qeydiyyat nömrəsi ilə dövlət qeydiyyatına alınmışdır. Sözügedən notların tədavül müddəti 28 gündür.

NOTLAR NƏDİR?

Notlar adətən qısamüddətli olub, Mərkəzi Bank tərəfindən pul siyasəti və maliyyələşmə ehtiyaclarını qarşılamaq üçün emissiya edilir. Emitent qiymətli kağızın emissiya edildiyi ölkədən asılı olaraq dəyişə bilər. Belə ki, bəzi ölkələrdə belə kağızlar not, bəzilərində T-Bill və s. kimi adlandırlıa bilər.
Azərbaycan Mərkəzi Bankının saytında yazılır ki, not Mərkəzi Bank tərəfindən bir ilədək müddətinə buraxılan adlı sənədsiz dövlət güzəştli qiymətli kağızlarıdır. Qısamüddətli notlar dövriyyədə olan pül kütləsinin tənzimlənməsi üçün nəzərdə tutulmuş pul siyasəti vasitəsidir. Qısamüddətli notların alıcıları yalnız banklar ola bilər.


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___