“Oyunlar zolağı” ilə hərəkət edən sürücülər cərimələnəcək
Tarix: 25-05-2015 | Saat: 20:05
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər
Məbləğ açıqlandı.
Baş Dövlət Yol Polisi İdarəsi Avropa Oyunları ilə əlaqədar nəqliyyatın hərəkəti üçün nəzərdə tutulan xüsusi zolaqların tələblərini pozan sürücülərə hansı cəza verilməsinə dair açıqlama verib.
Xeberaz.az Daxili İşlər Nazirliyi (DİN) Respublika Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Kamran Əliyevin Oxu.Az-a verdiyi məlumata istinadən xəbər verir ki, şənbə günündən etibarən artıq həmin zolaqlar üzrə 3.2 hərəkəti qadağan edən nişanların qoyulması prosesinə start verilib.
Kamran Əliyev qeyd edib ki, Bakıda müəyyən edilən yollarda “Avropa Oyunları” zolaqları artıq çəkilib, eyni zamanda həmin zolaqlar üzrə hərəkəti qadağan edən müvafiq yol nişanları qoyulub.
“Mayın 29-dan etibarən Avropa Oyunları ilə əlaqədar müəyyən edilən nəqliyyat vasitələrindən savayı digər avtomobillərin həmin zolağa çıxmasına qadağa qoyulacaq. Hələlik isə yol nişanlarının qoyulması prosesi davam etdiyindən yollarda nəqliyyat sıxlığının yaranmaması məqsədilə sürücülərə o zolaqlara çıxmağa heç bir qadağa qoyulmayıb. Lakin sadalanan işlər tam bitəndən sonra digər avtomobillərin həmin zolağa çıxmasına icazə verilməyəcək, qaydanı pozanlar isə İnzibati Xətalar Məcəlləsinin 151.1-ci maddəsinə müvafiq olaraq yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə görə 40 manat miqdarında cərimə olunacaqlar”.
K.Əliyev əlavə edib ki, I Avropa Oyunları ilə əlaqədar müəyyən edilən küçə və prospektlərə əlavə yol patrul inspektorları təhkim olunacaq, həmin yollara daim nəzarət olunacaq.
Xəbəri paylaş
9538 dəfə oxunub.
Digər xəbərlər

20-05-2015, 00:49
“Əleyhqazımı ona verdim...”
24-04-2015, 12:37
Bakıda içərisi pulla dolu “Pay Point” oğurlandı
16-10-2019, 13:27
Milli Şuranın mitinqinə icazə verildi
19-10-2015, 01:05
ABŞ İrana qarşı sanksiyaları ləğv edir
29-02-2016, 19:24
Zəngin rus ailələrin övladlarının gecə həyatı (FOTO)
9-05-2016, 00:49
"Beşiktaş" "Qalatasaray"ı məğlub etdi
27-12-2016, 15:37
Qəribə məkan: 110 manat verirsən, 1 saat qucaqlayırlar - VİDEO
27-05-2017, 13:31
Oğlundan xalq artistinə QADAĞA
19-07-2018, 16:04
Zaqatalada qeyri-adi darvaza görənləri heyrətləndirir – VİDEO - FOTO
23-07-2016, 00:43
Salyanda 300 qram narkotik yandırıldı