Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
Tarix: 19-10-2016 | Saat: 16:46
Bölmə:M / Karusel / Gündəm / Təbriklər | çapa göndər

Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb

VII Beynəlxalq "The First” mükafatlarının təqdimetmə mərasimi keçirilib. "Hilton" otelində gerçəkləşən mərasim Azərbaycanın Müstəqillik Gününə təsadüf edib. "Xəbəraz.az " xəbər verir ki,"Xəyal Production"un təşkilatçılığı ilə keçirilən tədbirdə elm, siyasət, iqtisadiyyat, mədəniyyət, ədəbiyyat, idman və başqa sahələrin tanınmış simaları il ərzində əldə etdikləri uğurlara görə mükafatlandırılıblar. Azərbaycan Alpaqut Federasiyasının prezidenti Aqil Acalov da mükafata layiq görülənlər sırasındadır.
Mərasimdə çıxış edən Aqil Acalov bir əsr ərzində iki dəfə müstəqillik qazanmağımızdan qürurla söz açaraq tədbirin belə bir gündə keçirilməsinin önəmini diqqətə çatdırıb: "Biz güclü xalqıq və mən inanıram ki, müstəqilliyimiz əbədi olacaq. Bu mükafata layiq gördüyünüzə görə isə sizə təşəkkürmü bildirirəm. Biz idmançılar, alpaqutlar sağlam həyat tərzini təbliğ etməyi qarşımıza məqsəd qoymuşuq. Eyni zamanda məqsədimiz türkə mənsub olan döyüş sənətini Azərbaycanda və bütün dünyada inkişaf etdirməkdir. İnanıram ki, müvəffəqiyyətlə icra etdiyimiz bu işi bundan sonra da uğurla davam etdirəcəyik".
Qeyd edək ki, "The First" mükafatını alanlar arasında Milli Məclisin deputatları Adil Əliyev, Qənirə Paşayeva, tanınmış yazıçı Çingiz Abdullayev, Milli Geyim Mərkəzinin rəhbəri Gülnarə Xəlilova, aktrisa Məleykə Əsədova və digər tanınmış şəxslər də olub. Türkiyədən mərasimə qatılan qonaqlar arasında isə son günlərin ən populyar ifaçılarından olan Mehmet Özkaya və Hande Ünsal təmsil olunublar. Təqdimetmə mərasimi çərçivəsində konsert proqramına da yer verilib.

Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb
Aqil Acalov Beynəlxalq "The First" mükafatına layiq görülüb


Xəbəri paylaş

1 8788 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___