İrəvan öz xalqını aldatmaq əvəzinə... - XİN
Tarix: 19-10-2016 | Saat: 01:13
Bölmə:M / Karusel / Siyasət / Araşdırma | çapa göndər
Rəsmi İrəvan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməlidir.
Bunu XİN-nin Mətbuat Xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatını və danışıqlar prosesini təhrif edən açıqlmasını Trend-ə şərh edərkən bildirib.
H.Hacıyevin sözlərinə görə, Ermənistan xarici işlər nazirliyinin mətbuat katibi “Dağlıq Qarabağ xalqının öz iradəsini ifadə etməklə Dağlıq Qarabağın statusunun müəyyən edilməsi ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında təsbit olunub” deməklə təmsil etdiyi qurumun ənənələrinə sadiq qalaraq Ermənistan ictimaiyyətini aldatmaq və özünə təsəlli verməklə məşğuldur: "ATƏT-in Minsk Qrupunun həmsədrlərinin bəyanatlarında qeyd olunduğu kimi Dağlıq Qarabağın bütün əhalisinin, o cümlədən azərbaycanlı icmasının iradəsi ilə Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin statusu danışıqlar prosesinə uyğun olaraq yalnız konsensus vasitəsilə müəyyən oluna bilər. Prezident İlham Əliyev tərəfindən “Sputnik” Beynəlxalq İnformasiya Agentliyinə ətraflı müsahibəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin muxtariyyət statusu ilə əlaqədar məsələlərə təfərrüatı ilə aydınlıq gətirilib".
Azərbaycan XİN rəsmisi bildirib ki, Ermənistanın kriminal hərbi xunta rejimindən fərqli olaraq, Azərbaycan rəhbərliyinin xalqla dialoqu və beynəlxalq ictimaiyyətə müraciəti açıq və aydın xarakter daşıyır: "Dövlətimizin başçısı Nazirlər Kabinetinin 2016-cı ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Dağlıq Qarabağın müstəqilliyinə razılıq vermək üçün Azərbaycana göstərilən təzyiqlərdən danışdı. Lakin, nitqinin ardınca Prezident İlham Əliyev bildirdi ki, heç vaxt Azərbaycan buna razılıq verməyəcək, Dağlıq Qarabağ bizim ayrılmaz tarixi torpağımızdır və biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Bu dövlətimizin başçısı tərəfindən ifadə olunan Azərbaycanın qəti və prinsipial mövqeyidir. Göründüyü kimi, rəsmi İrəvan xülyalara qapanıb öz xalqını aldatmaq əvəzinə qoşunlarının işğal olunmuş bütün Azərbaycan ərazilərindən çıxarılmasını təmin etməli və dərin siyasi-iqtisadi, maliyyə və demoqrafik böhran şəraitindən çıxmaq üçün münaqişənin həlli ilə yaranacaq imkanlardan istifadə etməyi düşünməlidir. Rəsmi İrəvan nəhayət anlamalıdır ki, beynəlxalq ictimaiyyət onun nazı və arzuları ilə oynamayacaq".
Xəbəri paylaş
7368 dəfə oxunub.
Digər xəbərlər

13-06-2016, 18:49
İlham Əliyev 2 sərəncam imzaladı
9-09-2023, 19:34
Anasını müdafiə etdi, atasını öldürdü - Yeniyetmənin törətdiyi qətlin təfərrüatı - VİDEO
18-01-2016, 19:27
Yumurtanın qiymətini qaldıran vəzifəli şəxslər həbs edildi
11-01-2022, 13:16
Əhaliyə XƏBƏRDARLIQ - Azərbaycanda da qarşıdakı günlərdə ...
9-05-2016, 15:35
Prezident: "Ermənistanla fərqimiz..."
10-05-2015, 14:09
Yeni ödəmə kartları, Bakı metrosunda, avtobus və digər nəqliyyat vasitələrində istifadə ediləcək.
27-06-2017, 10:14
Laricani Rusiyanı müdafiə etdi
8-02-2018, 21:03
Əfv Məsələləri Komissiyası 100-ə yaxın müraciətə baxdı