Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezidentdən Referendum Aktıyla bağlı - Sərəncam
Tarix: 12-10-2016 | Saat: 18:31
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Prezidentdən Referendum Aktıyla bağlı - Sərəncam

Prezident İlham Əliyev 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının qüvvəyə minməsi ilə əlaqədar müvafiq hüquqi aktların layihələrinin hazırlanması barədə sərəncam imzalayıb.

"Xəbəraz.az "-ın məlumatına görə, Nazirlər Kabinetinə tapşırılıb ki, altı ay müddətində:

- 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktının 1 – 29-cu hissələri ilə edilmiş dəyişikliklərdən irəli gələn müvafiq hüquqi aktların layihələrini hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin;

- Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Azərbaycan Prezidentinə məlumat versin;

- mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Referendum Aktına uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə Azərbaycan Prezidentinə məlumat versin.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların 2016-cı il 26 sentyabr tarixli referendum nəticəsində qəbul edilmiş “Azərbaycan Respublikasının Konstitusiyasında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Referendum Aktına uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.


Xəbəri paylaş

6778 dəfə oxunub.

Digər xəbərlər
23-05-2018, 22:19 Nuranın keçmiş əri-foto

bütün xəbərlər
____ Instagram ___