Səhlab Bağırov: “Aşura günü buna imkan verilməyəcək”
Tarix: 10-10-2016 | Saat: 13:28
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər
Bakıda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək.
Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib.
S. Bağırov bildirib ki, paytaxtda Aşura mərasimlərinin keçiriləcəyi yerlərdə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndiriləcək: “Hər il olduğu kimi, bu il də Aşura günü ilə əlaqədar ictimai asayişin qorunması məqsədilə oktyabrın 12-i paytaxt polisi gücləndirilmiş iş rejimində çalışacaq, ictimai asayiş lazımı şəkildə təmin ediləcək”.
Rəis müavini həmçinin qeyd edib ki, Bakının bütün məscidlərində və ziyarətgahlarında ictimai təhlükəsizliyin təmin edilməsi məqsədilə ərazilərə əlavə polis naryadları təyin olunacaq. Dini ayinlərin keçiriləcəyi yerlərə müdaxilə edilməyəcək. Lakin müəyyən edilmiş yerlərdən kənarda mərasimlərin, küçə yürüşlərinin keçirilməsinə imkan verilməyəcək.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən APA-ya bildirilib ki, oktyabrın 12-də yol polisi də gücləndirilmiş iş rejimində çalışacaq. Mərasimlərin keçiriləcəyi yerlərdə və ətraf ərazilərdə yol hərəkəti təhlükəsizliyini təmin etmək məqsədilə Dövlət Yol Polisi tərəfindən lazımı qüvvələr ayrılıb. Mərasimlərlə əlaqədar bəzi ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırıla bilər.
Qeyd edək ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı da sakinlərə müraciət edib. O, Aşura günü bütün tədbirlərin məscidlərdə təşkil keçirilməsini tövsiyə edib: “Dini xarakterli bütün ayinlər məsciddə və yaxud məscidin həyətində keçirilə bilər. O cümlədən dini atributlar, dini xarakterli bu və ya digər bayraqlar məscidin içərisində istifadə olunmalıdır. Dini ayinlərin icrası zamanı qanuna əməl edilməlidir".
Xəbəri paylaş
9148 dəfə oxunub.
Digər xəbərlər

4-10-2016, 12:18
Azərbaycanda kredit faizləri aşağı salınacaq
8-08-2018, 12:45
Səmra yenə qalmaqallı fotolar paylaşdı
20-03-2017, 11:08
"Azərbaycan Gürcüstanın ən əsas strateji tərəfdaşıdır"
28-08-2021, 15:52
Xüsusi karantin rejimi ilə bağlı qərara dəyişiklik edildi - YENİ QADAĞA
19-03-2023, 10:14
Ən ağıllı bürclər məlum oldu - SİYAHI
30-08-2021, 12:36
Yadplanetlilər Azərbaycanda olub? - AÇIQLAMA
1-11-2021, 10:12
Sabah hava çiskinli OLACAQ
15-07-2020, 03:49
Türkiyədə "Qarabağ yürüşü" BAŞLADI - VİDEO
23-05-2020, 10:53
Bir sıra hallarda imtahanlar üzbəüz keçirilə bilər" - Ceyhun Bayramov
1-12-2023, 22:06
Necə deyərlər? Ayının min oyunu"