Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
"Aprel döyüşləri tariximizin şanlı səhifəsidir" - İlham Əliyev
Tarix: 07-10-2016 | Saat: 19:56
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

"Aprel döyüşləri tariximizin şanlı səhifəsidir" - İlham Əliyev


Bu il aprel ayında Azərbaycan böyük hərbi qələbə əldə edib. Aprel döyüşləri tariximizin şanlı səhifəsidir”.
"Xəbəraz.az " AzərTAc-a istinadən xəbər verir ki, bu sözləri Azərbaycan prezidenti İlham Əliyev Nazirlər Kabinetinin bu gün keçirilən iclasındakı çıxışında deyib.

Dövlət başçısı bildirib ki, Azərbaycan Ordusu Ağdərə, Füzuli, Cəbrayıl rayonlarının bir hissəsini işğalçılardan azad edib, o torpaqlarda Azərbaycan bayrağını ucaldıb: “İki min hektardan çox torpaq işğalçılardan təmizləndi, ondan bir neçə dəfə böyük olan ərazi tam bizim nəzarətimizə keçdi. Biz təmas xəttində tam üstünlük əldə etmişik və bu gün düşmənin istənilən hədəfini məhv edə bilərik”.

Prezident bildirib ki, aprel döyüşlərindən sonra vasitəçilər bir qədər fəallaşdı: “Bilirsiniz ki, may-iyun aylarında görüşlər keçirildi. Amma artıq biz oktyabr ayında yaşayırıq. Ermənistan öz çirkin taktikasını işə salaraq və erməni lobbisinin dəstəyinə arxalanaraq yenə də istəyir ki, bu məsələ dünya gündəliyindən çıxsın. Biz buna imkan verməməliyik və məsələ tezliklə həllini tapmalıdır. Amma siz də, Azərbaycan ictimaiyyəti də yaxşı bilir ki, bu məsələnin həll olunmaması təkcə Ermənistana görə deyil. Ermənistanın böyük himayədarları var, biri ona pul, biri silah verir, biri lobbi yaradır, biri təbliğ edir. Bax, budur məsələnin həll olunmamasının səbəbi. Ona görə bu məsələyə aydınlıq gətirilməlidir. Biz yaxşı bilirik ki, ikili standartlarla üzləşmişik və bu məsələnin həll olunmaması BMT Təhlükəsizlik Şurasına da şərəf gətirmir. Çünki onlar dörd qətnamə qəbul ediblər. Bu qətnamələr 20 ildən çoxdur ki, icra edilmir. Heç olmasa öz qərarlarına hörmət etsinlər. Artıq biz yaxşı görürük ki, Ermənistan beynəlxalq hüququ necə pozur”.

Prezidentin onu da vurğulayıb ki, Azərbaycan həm iqtisadi, siyasi, həm də hərbi cəhətdən daha da güclü olmalıdır və bu güc bizdə var: “Sadəcə olaraq istəyirik ki, məsələ sülh yolu ilə həll edilsin və bu istiqamətdə ardıcıl siyasətimizi aparırıq”.


Xəbəri paylaş

5658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___