Leyla Əliyeva beynəlxalq mükafata layiq görüldü
Tarix: 22-05-2015 | Saat: 22:06
Bölmə:M / Karusel / Siyasət / M2 / Gənclərimiz | çapa göndər
Leyla Əliyeva "İlin beynəlxalq dialoqu" mükafatına layiq görülüb.
Xeberaz.az Trend-ə istinadən xəbər verir ki, bu gün Bakıda "The Business Year" jurnalının Azərbaycana həsr olunmuş xüsusi buraxılışının təqdimatı keçirilib. Tədbirdə Azərbaycanın dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, KİV rəhbərləri və ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Jurnalın ölkə üzrə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr edilən növbəti buraxılış haqqında iştirakçılara məlumat verib. O, qeyd edib ki, jurnalda Azərbaycan Prezidenti İlham Əliyevin, bir sıra nazirlərin və digər şəxslərin müsahibələri yer alıb.
B.Çakaloğlu xüsusi buraxılışın ərsəyə gəlməsində kömək göstərmiş Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinə və digər qurumlara təşəkkürünü bildirib.
Sonra jurnalın baş redaktoru Leeland Rays son illər Azərbaycanın dünyada artan nüfuzundan, iqtisadi və siyasi cəhətdən əldə etdiyi nailiyyətlərdən danışıb. L.Rays bütün bunları nəzərə alaraq jurnalın daha bir buraxılışının Azərbaycana həsr olunduğunu deyib. O bildirib ki, bu, Azərbaycan haqqında yazılanların bir hissəsidir.
Tədbir zamanı mükafatlar da təqdim olunub. "The Business Year" insanların sağlamlığının qorunması sahəsində səmərəli fəaliyyəti və ekoloji tarazlığın təmin olunması məqsədilə beynəlxalq dialoqun inkişafına verdiyi dəyərli töhfələrə görə IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanı "İlin beynəlxalq dialoqu" mükafatına layiq görüb.
Xəbəri paylaş
6648 dəfə oxunub.
Digər xəbərlər

4-08-2023, 20:00
Mingəçevirdə iki yeniyetmə faciəvi şəkildə öldü
29-08-2017, 12:04
Bakıda 50 yaşlı qadın özünü niyə yandırdı? - TƏFƏRRÜAT
22-08-2018, 16:23
Türkiyə bunu etsə, BÖHRAN DƏRHAL BİTƏCƏK - Donald Trampın köməkçisi
14-02-2016, 19:23
İŞİD-in 100 üzvü öldürüldü
21-08-2015, 13:43
“Samsung” özünün yeni “Samsung Pay” ödəniş xidmətini istifadəyə verib
8-01-2018, 17:05
DYP hüquqi və fiziki şəxslərə müraciət edib
13-08-2021, 13:43
Məktəblər açılmayacaq, çünki bir aya... – EKSPERTDƏN RƏY
12-08-2022, 11:24
“Ya sinəsini, ya da arxasını camaata göstərir, onu məhkəməyə verəcəyəm” - QALMAQAL
2-04-2016, 18:59
Ərdoğan İlham Əliyevə başsağlığı verdi