Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nazir: “Bakı həmişə bu yolu dəstəkləyib”
Tarix: 05-10-2016 | Saat: 19:51
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Nazir: “Bakı həmişə bu yolu dəstəkləyib”


25 ildir həll olunmamış münaqişədən ciddi əziyyət çəkən ölkə kimi, Azərbaycan Əfqanıstanın problemlərini yaxından başa düşür. Biz hamımız Əfqanıstana göstərdiyi səylərdə və problemlərinin həll olunmasında tam dəstək olmalıyıq.

XİN-in mətbuat xidmətindən verilən məlumata görə, bunu Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Avropa İttifaqının Əfqanıstana dair Brüssel konfransında çıxışı zamanı deyib.

Nazir qeyd edib ki, Azərbaycan bu məqsədlə bəlkə də Əfqanıstanı ilk, ən yaxın və fəal şəkildə dəstəkləyən ölkələr sırasındadır. “Biz bunu daha çox ikitərəfli əsasda, daimi danışıqlar və Əfqanıstan hökumət rəsmiləri ilə görüşlər vasitəsilə, həmçinin NATO da daxil olmaqla, digər beynəlxalq platformalar çərçivəsində həyata keçiririk. Biz ərazilərin minalardan təmizlənməsi, təhsil də daxil olmaqla, əfqan təhlükəsizlik qüvvələri və dövlət qulluqçuları və digər fəaliyyət sahələri üçün əsaslı təlimlərin keçirilməsini davam etdiririk. Bu yaxınlarda prezident İlham Əliyev Azərbaycan və Əfqanıstan arasında xüsusilə təhlükəsizlik sahəsində bir neçə milyonluq yardım haqqında sazişi təsdiq edib. Onun həyata keçirilməsinə artıq başlanılıb”.

E. Məmmədyarov qeyd edib ki, Azərbaycanın hərbi birləşmələri Qətiyyətli Dəstək Missiyasında xidmət edir: “Biz NATO Etimad Fondu vasitəsilə əfqan ordusuna maliyyə yardımı göstəririk. Mənim ölkəm Əfqanıstanda beynəlxalq əməliyyatların həyata keçirilməsi üçün əsas tranzit yoludur və bəzi hallarda Beynəlxalq Təhlükəsizliyə Yardım Qüvvələri üçün bütöv tranzit yollarının 30 faizi Azərbaycandan keçib. Eyni zamanda, Azərbaycan həmişə təhlükəsizliyə dair səylərin iqtisadi inkişafla gücləndirilməsini dəstəkləyib. Qədim İpək Yolunun canlandırılması əminliklə bunu həyata keçirə bilər. Azərbaycan, Gürcüstan və Türkiyə Bakı yaxınlığında yeni beynəlxalq dəniz limanı ilə birləşən Bakı-Tiflis-Qars dəmir yolunun tikintisini tamamlamaq üzrədir və Mərkəzi Asiya ölkələrinin buraya cəlb olunması Əfqanıstanı Uzaq Şərq və Şimali Avropa arasında tranzit yolun mərkəzinə çevirəcək”.


Xəbəri paylaş

5838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___