Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Millət vəkilindən alimlərə: “Sərçələr, bildirçinlər…”
Tarix: 04-10-2016 | Saat: 22:12
Bölmə:M / Karusel / Gündəm / Müsahibə | çapa göndər

Millət vəkilindən alimlərə: “Sərçələr, bildirçinlər…”

Meydanı bilərəkdən bir neçə günlüyə boş buraxmışam. Sərçələr, bildirçinlər şad-xürrəm uçuşurlar, taxıla çevrilmiş elm zəmisinin bu başından o başına mayallaq aşırlar.

Bu sözləri millət vəkili Fazil Mustafa AMEA Tarix İnstitutunun alimlərinin onun Səfəvilərlə bağlı fikirlərinə verdikləri cavablara reaksiya olaraq sosial şəbəkədə bildirib.

F.Mustafa ona bəsit cavablar verildiyini vurğulayıb:

“Adını ilk təfə duyduğum tarixçi-alimlər, tarixsiz alimlər eninə uzununa bəndənizə cavablar yazırlar. Hamısı da bəsit, əzbərçi, təfəkkürlə əlaqəsi olmayan cavablardır... Qərara almışam ki, bu sərçələrə və bildirçinlərə ayrı-ayrılıqda güllə sərf etməyim. Yenidən bir artileriyya zərbəsi hamısına kifayət edəcəkdir.

Xatırlayıram, illər öncə bizim qonşuluqda yaşayan, ömrünün 90-ını haqlamış savadsız bir nənə vardı. Qarınağrısına tez-tez tutulduğundan “tetrasiklin” deyilən məşhur dərman xalatının cibindən əksik olmazdı. Bundan başqa dərman tanımadığına görə başı da ağrıyanda “tetrasiklin" atardı. Bu cür tarixçi alimlərin durumu təqribən böylə. Fikrin səhih əsaslandırılması yox, mühakimə yanlış, gəldiyi nəticə isə ümumiyyətlə öz-özünü təkzib edəcək mahiyyətdə. Məsələn, bəndənizə xitabən yazırlar ki, gəlin keçmişə güllə atmayaq! Oturub düşünürsən ki, bunun alternativi olsa-olsa, “Gəlin keçmişimiz əvəzinə gələcəyimizə güllə ataq!” deməkdir. Bu “müdriklər” hələ da anlamırlar ki, keçmişə güllə atırıq ki, tariximizin xarabalıqlarına doluşmuş qarğalar, kəsəyənlər qaçıb dağılışsınlar və az-çox izi qalmış o gözəl mənzərələri, faydalı dəyərləri seçib-ayıra bilək. Bu bəsit çağırışdan belə anlaşılır ki, keçmişə deyil, məhz gələcəyə güllə atmaq lazımdır.

Yaxud da filan alimlə işiniz olmasın, filan konfransda və ya tədbirdə erməniləri susdurub. Ümumiyyətlə, bu ermənini necə susdururlar? Hər zaman bu sual məni düşündürür. Ya boğazına qurğuşun tökməlisən, ya dilini boğazından çəkib çıxarmalısan, ya da ağzını xüsusi yapışdırıcı ilə bağlamalısan. Yerindən duran ermənini susdurduğunu bəyan edir, o zaman bu danışan ermənilər haradan peyda olurlar, doğrusu, anlamaqda çətinlik çəkirəm.

Bu ilin mayında Özbəkistanda olarkən bir özbək ziyalısından soruşdum ki, özbəklərin Teymur sevgisinin motivini necə izah edə bilər? Dedi ki, siz Səmərqəndi, Buxaranı gəzin, özünüz cavabı tapacaqsınız. Həqiqətən də bu şəhərlərdə gördüyüm onlarla möhtəşəm mədrəsə binaları anlatdı ki, Teymurun cahangirliyi onlar üçün gəlib-getmiş bir nağıldır, əsas dəyər bu elm, tədris məkanını miras buraxmasıdır. Bizdə əsasən üç öyündüyümüz və təbliğ etdiyimiz tarix abidəsi var, bunlar da Atəşgah, Qız Qalası və Şirvanşahlar sarayıdır. Və heç biri məktəb deyil, rəsədxana deyil... İlk Qız məktəbimizi isə Zeynəlabidin Tağıyev nadan mollaların müqavimətini qıraraq, hətta Məkkədən bunun şəriətə zidd olmaması barədə kağız gətirərək qura bilmişdir. Bir millətin şərəfli saydığı tarix məhz onun məktəbinin qurulduğu tarix sayılmalıdır.

Ona görə də keçmişə güllə atmaqdan qorxmayın, ölən qarğalar, bayquşlar və kəsəyənlər olacaq. Güllərdən, bülbüllərdən nigaran qalmayın...”


Xəbəri paylaş

6188 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___