Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Nobel mükafatçısı UNEC-də olub
Tarix: 01-10-2016 | Saat: 15:19
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər

Nobel mükafatçısı UNEC-də olub
Bakı Beynəlxalq Humanitar Forumu çərçivəsində Azərbaycanda səfərdə olan Nobel mükafatçısı, professor Edvard Preskott Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) qonağı olub.


UNEc-in mətbuat xidmətindən verilən məlumata görə, Nobel mükafatçısı ilə görüşdə AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru, professor Nazim İmanov, UNEC-in professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

Makroiqtisadiyyatın tənzimlənməsi, iqtisadi siyasətin zaman ardıcıllığı, biznesin hərəkətverici qüvvələri və iqtisadiyyatın digər sahələrində öz töhfələrini vermiş Edvard Preskott barədə danışan UNEC-in beynəlxalq əlaqələr və proqramlar üzrə prorektoru Şahin Bayramov alimin həm də İqtisad Universitetinin fəxri doktoru olduğunu bildirib.


Tədbirdə çıxış edən Edvard Preskott V Bakı Beynəlxalq Humanitar Forumun əhəmiyyətini yüksək qiymətləndirərək bildirib ki, dünyanın 80-a yaxın ölkəsindən 400-dən çox nümayəndə heyətini bir araya gətirən beynəlxalq tədbirə Bakının ev sahibliyi etməsi çox əhəmiyyətlidir. İqtisadiyyatı sürətlə inkişaf edən Azərbaycanın digər ölkələr üçün yaxşı tərəfdaş olduğunu və forumun bu tərəfdaşlığın inkişafında mühüm töhfə verəcəyini xüsusi qeyd edib.
Sonra Edvard Preskott ümummilli gəlirin formalaşdırılması mexanizmi, inflayasiya ilə işsizlik arasında qarşılıqlı əlaqə, dünya iqtisadiyyatında baş verən proseslər, investisiya mühiti, sosial məsuliyyət, bərpa olunan enerji mənbələrindən istifadə, ümummilli məhsulun formalaşdırılması mexanizmi, iqtisadiyyatda təhsilin rolu və digər mövzular barədə UNEC-in professor-müəllim heyəti və tələbələrin suallarını cavablandırıb.

Sonda Nobel mükafatçısı UNEC əməkdaşları, xüsusən tələbələrin intellektual səviyyəsinin yüksək olduğunu, bütün bunların ölkədəki təhsilinin səviyyəsindən xəbər verdiyini bildirib və qeyd edib ki, iqtisadi cəhətdən inkişaf edən Azərbaycan üçün gələcək iqtisadçıların hazırlanmasında UNEC-in mühüm rolu var.
Nobel mükafatçısı UNEC-də olub
Nobel mükafatçısı UNEC-də olub
Nobel mükafatçısı UNEC-də olub
Nobel mükafatçısı UNEC-də olub
Nobel mükafatçısı UNEC-də olub


Xəbəri paylaş

5818 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___