Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mətanət ağlayaraq üzr istədi: "Mən də övladımı itirmişəm"(VİDEO)
Tarix: 21-05-2015 | Saat: 21:23
Bölmə:M / Gündəm / M2 / Xəbəraz TV | çapa göndər

Mətanət ağlayaraq üzr istədi: "Mən də övladımı itirmişəm"(VİDEO)


Aparıcı Mətanət günmdəlik verilişinin bu günkü buraxılışında ağlayaraq üzr istəyib.


Xeberaz.az Axşam.az-ın məlumatına istinadən xəbər verir ki, o, dünənki çıxışının səhv anlaşıldığını deyərək ağlayıb:

"Elə ifadə dedim ki, onu mənə qarşı işlətdilər. Mən balaca uşaqdan da üzr istəməyi bacarıram. Mənim sözümü yozub qıcıq yaratdılar. Mən bilməzdim ki, bu cür ajotaj yaradacaq. Gərək biləydim ki, nə deyirəm. Əgər kimdəsə qıcıq yaratmışamsa, faciəni yaşayan insanlarıın hissiyatına toxunmuşamsa, mənim sözümü savadsız formada yozan insanların yerinə, onlardan üzr istəyirəm. Mən heç kimin hissiyatı ilə oynayan insan deyiləm. Özüm də iki uşaq anasıyam. Mən necə bunu qıcıq üçün deyə bilərəm axı? İndiyə kimi heç kimi bilmir ki, mən də övlad itirmişəm. Anamı, atamı itirmişəm. Yəni mənim qeyrətim o qədər kasad oldu ki, kiminsə xətrinə dəydim?".

Qeyd edək ki, M. Əliverdiyeva mayın 19-da Bakıda baş verən yanğın haqqında danışarkən "Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” deyib. Bu sözlərinə görə sosial şəbəkələrdə tənqid olunan aparıcı Milli Televiziya və Radio Şurası tərəfindən də şifahi xəbərdarlıq alıb.

[media=https://youtu.be/DhOztqLU2J0]


Xəbəri paylaş

7748 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___