Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ABŞ-ın Bakıdakı səfirliyi tədbir keçirdi
Tarix: 27-09-2016 | Saat: 21:28
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

ABŞ-ın Bakıdakı səfirliyi tədbir keçirdi

ABŞ-ın Azərbaycandakı səfirliyinin təşkilatçılığı ilə sentyabrın 15-dən oktyabrın 15-dək Birləşmiş Ştatlarda keçirilən ispan irsi aylığına həsr olunan tədbir təşkil edilib.

"Xəbəraz.az " xəbər verir ki, tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekuta deyib ki, aylığın keçirilməsində məqsəd Latın Amerikası əsilli amerikalıların ölkəyə verdiyi töhfəni qeyd etməkdir. O bildirib ki, ABŞ-da 55 milyon latın amerikalı yaşayır. Onlar Birləşmiş Ştatların ən böyük etnik və irqi azlığıdır. Latın Amerikası əsilli vətəndaşlar cəmiyyətin bütün sahələrinə töhfə veriblər. “Biz Amerika Birləşmiş Ştatlarında müxtəlifliyi gücümüzün mənbəyi kimi görürük. Azərbaycanda da tarixən tolerantlığa yüksək dəyər verilib. Bu il Azərbaycan multikulturalizm ilini qeyd edir. Biz müxtəlifliyə bu ortaq yanaşmanı yüksək dəyərləndiririk”, – deyə səfir bildirib.

Meksikanın Azərbaycandakı səfiri Rodriqo Lombardini ABŞ ilə təmsil etdiyi ölkə arasında münasibətlərdən danışıb. O, qarşılıqlı əlaqələrin daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbir ABŞ-ın Latin Amerikası musiqiləri ifa edən “Matuto” qrupunun çıxışı ilə davam edib.


Xəbəri paylaş

5688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___