Sumqayıt bulvarının açılışı oldu - Prezident lenti kəsdi
Tarix: 27-09-2016 | Saat: 15:21
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Prezident İlham Əliyev Sumqayıt şəhərinə əsas giriş yolunda - Sülh küçəsində əsaslı təmir və yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub.
"Xəbəraz.az "xəbər verir ki, Sumqayıt Şəhər icra hakimiyyətinin başçısı Zakir Fərəcov prezidentə məlumat verib ki, əsaslı təmir və yenidənqurma işləri şəhər icra hakimiyyəti tərəfindən yüksək keyfiyyətlə yerinə yetirilib. Bu ilin fevralında başlanılan yenidənqurma işləri sentyabrın əvvəlində yekunlaşıb. Bakı-Quba avtomobil yolundan başlayaraq şəhərdəki “Göyərçin” abidəsinə qədər bu küçənin uzunluğu 5,2 kilometrdir.
Daha sonra prezident əsaslı təmir olunaraq yenidən qurulan Sumqayıt Dövlət Dram Teatrının binasında yaradılan şəraitlə tanış olub.
Qeyd olundu ki, binanın müasir üslubda yenidən qurulması sakinlərin teatra marağının artmasına, şəhərin mədəni həyatının daha da canlanmasına təkan verəcək.
Sonra İlham Əliyevə Sumqayıt şəhərində istifadə ediləcək yeni sərnişin avtobusları barədə məlumat verilib.
***
Ölkə başçısı İlham Əliyev sentyabrın 27-də Sumqayıt Dənizkənarı Bulvarının və şəhər çimərliyinin açılışında iştirak edib.
dövlətimizin başçısı Dənizkənarı Bulvarın və şəhər çimərliyinin rəmzi açılışını bildirən lenti kəsdi.
Məlumat verilib ki, Xəzər dənizinin sahili boyunca 4 kilometr uzunluğu olan bulvar kompleksinin ümumi sahəsi 106 hektardır. Bu istirahət məkanının tikintisinə ötən ilin oktyabrında başlanılıb.
Bulvarda Bayraq Meydanı inşa olunub. Azərbaycan Respublikasının dövlət bayrağı meydanda 42 metr hündürlüyündəki bayraq dirəyi üzərində dalğalanır.
***
İlham Əliyev Sumqayıtın Sahil küçəsində yenidənqurmadan sonra görülən işlərlə tanış olub.
Daha sonra prezident Sumqayıt şəhərinə səfəri çərçivəsində Heydər Əliyev Mərkəzinin açılışında iştirak edib.
Xəbəri paylaş
7358 dəfə oxunub.
Digər xəbərlər

26-06-2015, 19:41
Yevgeni Primakov vəfat edib
28-09-2017, 12:20
Ermənilərdən İrana xəyanət
1-02-2019, 10:46
Bu il əcnəbilərlə evlənən azərbaycanlıların sayı açıqlanıb
16-12-2017, 11:33
25 yaşlı oğlan özünü asdı-Göyçayda
21-10-2023, 11:45
Tualet kağızları xərçəng yaradır – DƏHŞƏT
23-06-2017, 11:41
"Bu yayın ən yaraşıqlı bəy və gəlini"
7-06-2017, 13:05
Qadınların MÜTLƏQ BİLMƏSİ LAZIM OLAN 8 sirr