Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rusiya bir neçə şəhəri eyni vaxtda yer üzündən silə biləcək
Tarix: 21-05-2015 | Saat: 21:05
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Rusiya bir neçə şəhəri eyni vaxtda yer üzündən silə biləcək

Rusiya Müdafiə Nazirliyi bir neçə şəhəri eyni vaxtda yer üzündən silə biləcək nəhəng nüvə mərmilərini yenidən nümayiş etdirib.

Xeberaz.az xəbər verir ki, görüntülərdə 2016-cı ildə Rusiyanın nüvə arsenalının onurğa sütununu təşkil edəcək milyard dollarlıq RT-2UTTKh Topol-M və çoxsaylı nüvə başlığı daşıya bilən RS-24 (Yars) qitələrarası ballistik raketlərin çaydan keçirilərək gəmilərə yüklənməsi əks olunub.

11 min kilometr mənzilli RS-24 raketi qatı yanacaqla işləyən iki pilləli qitələrarası ballistik mərmidir. Raketin qatı yanacaqla işləməsi daha tez sürət alıb raket əleyhinə müdafiə sistemlərindən daha asan keçməsinə şərait yaradır. Bu mərminin dağıdıcı gücü 1945-ci ildə Yaponiyanın Xirosima və Naqasaki şəhərlərinə atılmış ABŞ atom bombalarının dağıdıcı gücündən 40-50 dəfə böyükdür.

“Topol-M” Rusiyanın nüvə başlığı daşıya bilən və dünyanın ən uzaqmənzilli ballistik raketidir. Sabit sürət və eyni müstəvidə hədəfə getməyən “Topol-M”, hədəfə müxtəlif yollarla gedərək, bütün raketdən müdafiə sistemlərini alt-üst edir. Çox sürətlə yer dəyişdirə bilir. Onun üçün də hədəfə alınması və vurulması çox çətindir. Bu raket 11.000 km uça biləcək imkanlara malikdir və qitələrarası raketdir. “Topol-M” 45-47 ton ağırlığa malikdir, atom bombasından 52,5 dəfə güclü hesab olunur. Raketin uzunluğu 21,5 metrdir. Diametri isə 1,86 metrdir. Tək başlıqlıdır, lakin istənilən vaxt çox başlıqlı da ola bilir. Rusiyanın mobil “Topol-M” raket sistemlərinin strateji raket mərkəzi Moskvanın 240 km şimal-şərqində yerləşən Teykoşa şəhərində yerləşir.


Xəbəri paylaş

6268 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___