“Get, Yaqub Mahmudovun ayaqqabısını sil...”
Tarix: 25-09-2016 | Saat: 01:35
Bölmə:M / Karusel / Siyasət / Reportaj | çapa göndər
Axmaqlığın bundan o tərəfi ola bilməz. Adam etiraz edir ki, sən niyə hörmətli Yaqub Mahmudovu böyük tarixçi hesab etmirsən?
Bu sözləri millət vəkili Fazil Mustafa onun yazdığı şərhə tarixçi-alim Dilavər Əzimlinin cavabını şərh edərkən bildirib. Fazil Mustafa barəsində səsləndirilən ittihamlara da cavab verib:
“Adam bildirir ki, sən niyə Toynbiinin adını çəkirsən, o ki Osmanlıya qarşı olub? Bu nə məntiq, bu nə anormallıq, Məhərrəmlikdə baş yarmaq üçün istifadə olunan zəncirin fəlsəfəsini yazan bu adam bu gün Azərbaycanda tarixçi alim sayılır, işlədiyi müəssisənin müdirindən başqa tarixçi tanımır. Əlbəttə, Yaqub Mahmudova ağsaqqal bir insan kimi böyük hörmətim olduğunu yazmışam, faydalı araşdırmaları olduğunu qeyd etmişəm, ancaq dünya tarixşünaslığına damğasını vuran dahilərlə adının bir sırada niyə çəkmədiyimə adam etiraz bidirir. Bu adam bilirmi ki, Mommzen 1903-cü ildə "Roma tarixi" (5 cildlik) əsərinə görə Nobel mükafatı alıb. Adam bilirmi ki, "Bolşevik inqilabı" şedevr tarix trilogiyasının müəllifi Karr ixtisasca diplomat olub, tarixçi təhsili olmayıb? Bu adam Karrın heç olmasa "Tarix nədir?" əsərini bir dəfə də olsun vərəqləyibmi? Toynbiinin Osmanlı dövlətinə, Atatürkə qarşı mənfi münasibəti və ya təhrifləri olsa da, bütün dünyada tarixin metodologiyasını və sivilizasiyaları fərqli izah edən mütəfəkkirlərdən biri hesab olunur. Zəki Vəlidi Toğan kimi "Ümumi türk tarixinə giriş" əsərinin müəllifinin səhvini tutacaq qədər irəli gedən bir anlayışla yazılan tarixi mətnlərimizi ona görə də hüdudlarımızdan kənarda ciddi qəbul edən yoxdur.
Yaltaqlıq etmək istəyirsən, sabah Akademiyanın dəhlizində yaxınlaşıb hörmətli Yaqub müəllimin ayaqqabısını sil, ancaq qüsura baxma, sənin arzunu yerinə yetirməyim imkansızdır, çünki Azərbaycanda bir sıra istedadlı tarix araşdırmaçıları, dəyərli alimlər olsa da, hələ ki, Zəki Vəlidi Toğanla, Mommzenlə, Karrla, Toynbii ilə sıralamada yer alan tarixçi gözümə dəymir”.
Xəbəri paylaş
8458 dəfə oxunub.
Digər xəbərlər

28-02-2016, 15:43
Kamran Ağayev Rəşad Sadıqovla belə zarafatlaşdı (VİDEO)
30-04-2017, 00:19
Sərnişin təyyarəsi qəzaya uğrayıb - 39 ölü
1-05-2017, 10:13
İrqçi təhqirlərə dözə bilməyən futbolçu meydanı tərk etdi
11-07-2017, 11:47
Prezident İlham Əliyev Özbəkistan nümayəndə heyətini qəbul edib
29-09-2015, 13:56
İlham Əliyev Koreya səfiri ilə vidalaşdı
26-11-2015, 23:22
“MTN-in daha bir generalı işdən çıxarıldı
13-03-2017, 10:45
Tonqal tam sönənədək...- FHN-dən əhaliyə Novruz müraciəti
13-01-2017, 14:28
Trampın ilk iş günü – Proqram açıqlandı
29-10-2016, 15:09
Azərbaycanda ŞOK: İlanlar kəndə hücum etdi - FOTO
28-09-2016, 10:53
Ukraynada azərbaycanlı tələbə öldürüldü