Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident təqaüdünə layiq görülmüş kəlbəcərli tələbələrlə görüş
Tarix: 23-09-2016 | Saat: 14:38
Bölmə:M / Karusel / Gündəm / Təhsil | çapa göndər

 Prezident təqaüdünə layiq görülmüş kəlbəcərli tələbələrlə görüş
“Aşıq Şəmşir” Mədəniyyət Ocağı ictimai birliyinin sədr müavini, Kəlbəcər rayonundan seçilmiş Millət vəkli Cavid Qurbanovun nümayəndəsi Həbib Misirov Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə Prezident təqaüdünə layiq görülmüş Kəlbəcər rayon gəncləri ilə görüşüb.
"Xəbəraz.az " xəbər verir ki, Həbib Misirov görüşdə iştirak edən 692 balla Diplomatiya Akademiyasının Dövlət və ictimai münasibətlər fakultəsinə daxil olmuş Rəşidli Arzu Azər qızı və 680 balla Azərbaycan Tibb Unveristetinin müalicə işi fakultəsinə daxil olmuş Rzayev Murad Elburus oğluna Millət vəkili Cavid Qurbanovun təbriklərini catırıb və təhsillərində uğurlar arzulayıb. Həbib Misirov çıxışında dövlətin savadlı və xüsusi qabiliyyəti ilə seçilən gənclərə çox böyüq qayğı və diqqət göstərdiyini, bunun nəticəsi olaraq gənclərimizin də dövlətə və millətə xidmət üçün əllərindən gələni əsirgəmədiyini bildirib: “Bu gün tələbə adını qazanan hər bir gənc də öz millətinə və xalqına xeyirli vətəndaş kimi formalaşsın, dövlətin bu qayğısından yararlanaraq təhsildə daha böyük uğurlar qazanaraq Azərbaycanımızı dünyanın elm ocaqlarında ləyaqətlə təmsil etsin”.
Tədbirdə tələbələrə millət vəkili Cavid Qurbanovun hədiyyələri təqdim olunub və onlar bu böyük uğur münasibətilə təbrik edilib.
Tələbə adını qazanan bu istedadlı gənclər onlara göstərilən bu diqqət və qayğıya görə ölkə Prezidentinə minnətdarlıq etdiblər və təhsildə uğurlar qazanaraq ölkəmizin inkişafına öz töhfələrini verəcəklərinə və xalqımızın rifahı üçün əllərindən gələni əsirgəməyəcəklərinə söz veriblər.

 Prezident təqaüdünə layiq görülmüş kəlbəcərli tələbələrlə görüş

 Prezident təqaüdünə layiq görülmüş kəlbəcərli tələbələrlə görüş
 Prezident təqaüdünə layiq görülmüş kəlbəcərli tələbələrlə görüş
 Prezident təqaüdünə layiq görülmüş kəlbəcərli tələbələrlə görüş


Xəbəri paylaş

1 4968 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___