Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
İcra Hakimiyyətinin şöbə müdiri istintaqa cəlb edildi - Yenilənib
Tarix: 21-05-2015 | Saat: 18:24
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

İcra Hakimiyyətinin şöbə müdiri istintaqa cəlb edildi - Yenilənib
Binəqədi Rayon İcra Hakimiyyətinin (RİH) Təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov istintaqa cəlb edilib.


Xeberaz.az “Report”a istinadən xəbər verir ki, Ə.Rəcəbov rayon ərazisində Azadlıq prospekti 200/36 ünvanında baş verən yanğın hadisəsi ilə bağlı dindirilib. Binəqədi Rayon İcra Hakimiyyəti faktı təsdiqləyib. “Lakin Ədalət Rəcəbovun həbs edilməsi ilə bağlı məlumatlar düzgün deyil”, - RİH-dən bildirilib.

Qeyd edək ki, mayın 19-da Bakının Binəqədi rayonunda yerləşən 16 mərtəbəli binada baş verən yanğın nəticəsində 4-ü azyaşlı olmaqla 15 nəfər ölüb, 50-dən çox insan müxtəlif dərəcəli bədən xəsarəti alıb və ya zəhərlənib.

Fakt üzrə Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində Cinayət Məcəlləsinin 225.2-ci - ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və digər ağır nəticələrə səbəb olan yanğın təhlükəsizliyi qaydalarını pozma, 308.2-ci - vəzifə səlahiyyətlərindən sui-istifadə və 314.2-ci - ağır nəticələrə səbəb olan səhlənkarlıq maddələri ilə cinayət işi başlanılmış, eləcə də Baş Prokurorluğun, Daxili İşlər və Fövqəladə Hallar nazirliklərinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb.

***

Binəqədi Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nuridə Allahyarova məsələ ilə bağlı “Qafqazinfo”ya açıqlama verib. O qeyd edib ki, məlum faciə ilə bağlı istintaq prosesi gedir: “Elə ötən gün yaradılmış Komissiyasının iclasında Baş prokuror Zakir Qaralov bildirdi ki, bir neçə şəxs istintaqda dindirilib. Qeyd edim ki, təsərrüfat şöbəsinin müdiri Ədalət Rəcəbov da dindirilib. Amma həbsdən söhbət gedə bilməz. 1 saat əvvəl özüm onunla görüşmüşəm. Hətta ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri olaraq mənə də istintaqdan zəng vurublar. Bu çox önəmli məsələ olduğu üçün istintaqa kiçik detal da yardım edə bilər”.


Xəbəri paylaş

6888 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___