Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövnəq Abdullayev: "Mənfəətimiz artır"
Tarix: 20-09-2016 | Saat: 10:21
Bölmə:M / Karusel / İqtisadiyyat / Gündəm | çapa göndər

Rövnəq Abdullayev: "Mənfəətimiz artır"

"İndiyədək "Azəri-Çıraq-Günəşli" (AÇG) yataqlar blokundan 407 milyon ton neft, 124,3 milyard kubmetr qaz hasil edilib".

"Xəbəraz.az " Trend-ə istinadən bildirir ki, bunu SOCAR-ın prezidenti Rövnəq Abdullayev "Azərbaycan" qəzetində nəşr edilən məqaləsində deyib.

R.Abdullayev bildirib ki, HPBS-nin sonunadək yataqlardan 5 milyard barel neftin çıxarılması planlaşdırılır: "Layihənin tammiqyaslı işlənməsi çərçivəsində yeni sərmayə qoyuluşları və neftvermə əmsalının artırılması ilə əlavə 4 milyard barel neftin hasil edilməsi imkanı mövcuddur. Artıq 17 ildir ki, AÇG layihəsi mənfəətlə işləyir, layihə iştirakçıları mənfəət neftindən gəlir əldə edirlər. Azərbaycanın payına düşən mənfəət neftinin həcmi ilbəil artır. Bu il Azərbaycanın payına düşən mənfəət neftinin həcmi 60 faizə çatacaq. Bundan başqa, layihə çərçivəsində çıxarılan səmt qazının əvəzsiz olaraq SOCAR-a verilməsi də iqtisadiyyatımız üçün mühüm töhfədir. Yanvar-iyun aylarında AÇG yataqlar blokundan SOCAR-a gündəlik orta hesabla 7,2 milyon kubmetr, ümumilikdə isə 1,31 milyard kubmetr səmt qazı verilib".

SOCAR prezidenti qeyd edib ki, yeni neft strategiyası çərçivəsində xarici tərəfdaşlarla birlikdə qazanılan nailiyyətlər haqqında çox danışmaq olar: "Xəzərin Azərbaycan sektorunda, demək olar, bütünlüklə ikiölçülü və üçölçülü dəqiq seysmik kəşfiyyat işləri aparılıb, nəticələr ümumiləşdirilib və modelləşdirilib. Dənizdə və quruda 30-dan artıq sahədə axtarış kəşfiyyat qazması işləri yerinə yetirilib. Ən əsası isə milli neft-qaz mütəxəssislərimiz zəngin təcrübə toplayıb, SOCAR müasir standartlara cavab verən, beynəlxalq bazarlarda rəqabət qabiliyyətinə malik çevik və modern bir şirkətə çevrilib. Xarici tərəfdaşlarımızla birgə fəaliyyət prosesində qazanılmış texnoloji üstünlüklər şirkətimizin həyata keçirdiyi layihələrdə mühüm rol oynayır. Bütün dünyada təbii qaza tələbatın artdığı müasir dövrdə qaz hasilatının yüksəldilməsi qarşımızda duran əsas vəzifələrdəndir".

R.Abdullayev vurğulayıb ki, son 10 il ərzində Azərbaycanda qaz hasilatı 4 dəfə artaraq ildə 29 milyard kubmetr səviyyəsinə çatıb: "Neft ölkəsi kimi hələ qədim zamanlardan məşhur olan Azərbaycan "Şahdəniz" yatağının uğurla işlənilməsi nəticəsində qısa müddətdə dünya bazarında həm də alternativ təbii qaz mənbəyi kimi tanınıb. İndiyədək "Şahdəniz" yatağından təxminən 75 milyard kubmetr qaz, 19 milyon ton kondensat hasil olunub. Ötən il 9,9 milyard kubmetr qaz və 2,3 milyon ton kondensat çıxarılıb. İstismar dövrünün başlandığı 2006-cı ildən 2016-cı il avqustun 1-dək yerli və xarici bazarlara bu yataqda hasil olunan 74 milyard kubmetrə yaxın qaz, təxminən 18,8 milyon ton kondensat nəql edilib. Hazırda mövcud "Şahdəniz" qurğularının hasilat gücü gündəlik 29,5 milyon kubmetr və ya ildə təqribən 10,8 milyard kubmetr təşkil edir. Bizi ümumi ehtiyatları 1,2 trilyon kubmetr qaz, 240 milyon tondan artıq kondensat həcmində qiymətləndirilən "Şahdəniz" yatağının işlənilməsinin ikinci mərhələsi gözləyir. Bu mərhələ çərçivəsində yataqdan ildə əlavə 16 milyard kubmetr qazın hasil olunacağı planlaşdırılır. Həmin həcmin 6 milyard kubmetri Türkiyəyə, 10 milyard kubmetri isə Gürcüstan və Türkiyə üzərindən Yunanıstan, Bolqarıstan və İtaliyaya tədarük ediləcəkdir. İlk qazın 2018-ci ilin sonlarında Türkiyəyə çatdırılması nəzərdə tutulur".


Xəbəri paylaş

6068 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___