Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Mətanətlə bağlı ATV rəhbərliyinin - Açıqlaması
Tarix: 21-05-2015 | Saat: 13:30
Bölmə:M / Karusel / Gündəm / Şou-Biznes / M2 / Araşdırma | çapa göndər

Mətanətlə bağlı ATV rəhbərliyinin - Açıqlaması

Bu gün "Azad Azərbaycan" Müstəqil Teleradio Kompaniyasında Bədii Şuranın "Gündəlik" verilişinin aparıcısı Mətanət Əliverdiyevanın dünən efirdə səsləndirdiyi fikirlərlə bağlı iclası keçirilib.


Xeberaz.az xəbəər verir ki, “Qafqazinfo”ya ATV-dən daxil olan məlumatda bildirilir ki, iclasda 20.05.2015 tarixində yayımlanan "Gündəlik" verilişi müzakirə olunub. İclasda sosial şəbəkələrdə və bəzi internet portallarında verilişin aparıcısı Mətanət Əliverdiyevanın yayım zamanı işlətdiyi bəzi sözlər bilərəkdən dəyişikliyə məruz qalaraq, kontekstdən çıxarılaraq təqdim edilməsi kimi qiymətləndirilib: “ATV-də canlı yayımlanan verilişlərdə iştirak edən bütün əməkdaşlara tövsiyə olunub ki, bu cür həssas məqamlarda fikirlərini ifadə edərkən son dərəcə diqqətli olsunlar. Çünki bəzi məkirli media qurumları və internet portallarının əməkdaşları işlədilən ifadələri bilərəkdən konteksdən çıxararaq, öz mənafelərinə uyğun formada təqdim edirlər. Və beləliklə də ATV-nin adını hallandırmaqla belə həssas məqamlarda öz oxucu saylarını artırmağa çalışırlar.

Baxmayaraq ki, TV-lər sırasında ilk olaraq ATV kanalı öz proqram siyasətinə dəyşiklik edərək şou verilişlərin yayımını dayandırıb, bundan başqa, hadisə yerindən ardıcıl olaraq xəbərlər yayımlayıb. Bəzi həmkarlarımızı görülən bu işlərə kölgə salmaqdan və diqqəti əsas faciədən yayındırmaqdan çəkinməyə çağırırıq”.

Xatırladaq ki, dünəndən sosial şəbəkələrdə Mətanətin "Gündəlik" verilişində səsləndirdiyi fikirlər geniş müzakirə olunub. İzləyicilər aparıcını bu sözlərə görə “Biz o faciəni lap belə faciə etməməliyik. Oldu, elə bil bir külək idi, bir şey idi, bir film idi baxdıq, getdi” sərt tənqid edib.


Xəbəri paylaş

1 2728 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___