Bakıdakı məşhur universitetlər Qəbələyə köçürülür - SİYAHI
Tarix: 13-09-2016 | Saat: 00:46
Bölmə:M / Karusel / Təhsil | çapa göndər
Paytaxtda sıxlığın aradan qaldırılması planlaşdırılır. Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunur.
"Xəbəraz.az " xəbər verir ki, bu barədə axar.az saytı yazıb.
Sayt yazır ki, gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək.
Məlumatda bildirilir ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir.
Dövlət Neft Akademiyasının da köçürülməsi planda olsa da, yeri məlum deyil.
İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq.
Hökumət ali məktəbləri Qəbələyə köçürməklə paytaxtdakı sıxlığı aradan qaldırmaq istəyir.
Xatırladaq ki, dünyanın böyük meqapolislərində ali təhsil müəsisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması baxımından əhəmiyyətli sayılır.
Təhsil Nazirliyindən rəsmi sorğumuza cavab olaraq bildirdilər ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nda kampusların (kampus - müvafiq maddi texniki bazaya və infrastuktura malik təhsil kompleksi və şəhərciyi - red.) yaradılması tədbirlərinin təşviqi nəzərdə tutulur. Hazırda Dövlət Strategiyasının icrası ilə əlaqədar Fəaliyyət Planı hazırlanır. Fəaliyyət Planı təsdiq olunduqdan sonra nəzərdə tutulan tədbirlərin icrasına başlanılacaqdır”.
Xəbəri paylaş
11 2868 dəfə oxunub.
Digər xəbərlər

14-02-2017, 22:49
Bu qızın vaxtilə oğlan olduğuna inanmaq çox çətindir - Fotolar
10-11-2021, 13:07
Yaşa görə orta pensiya məbləği artırılır
10-07-2023, 13:59
Üzgüçülüyün faydaları NƏLƏRDİR?
4-07-2015, 17:33
“Space” kanalında yayımlanan “Əsl şou” verilişi BAĞLANDI-(VİDEO)
14-09-2023, 11:23
Xatirə İslamın bu şərhi tənqid olundu - FOTO
7-05-2016, 02:18
Azərbaycanda yeni poçt markaları - Foto
24-06-2016, 17:40
"Biz İrana diktə edə bilmərik ki, bunu etməlisən, bunu yox..."
19-07-2015, 19:17
Zakir Həsənov vaxt açıqladı: Qarabağ üçün bir həftə (VİDEO, FOTO)
28-11-2016, 15:10
Maaş və pensiyalar artırılacaq