Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Prezident Riqaya niyə getmədi?
Tarix: 20-05-2015 | Saat: 16:27
Bölmə:M / Karusel / Siyasət / Gündəm / M2 | çapa göndər

Prezident Riqaya niyə getmədi?





İlham Əliyevin sammitdə iştirak etməməsinin səbəbi məlum olub



Prezident İlham Əliyev Azərbaycana qarşı aparılan kampaniyaya etiraz olaraq Riqa sammitində iştirakdan imtina edib.

Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov bir müddət öncə bununla bağlı Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbəri Malena Marda xəbərdarlıq edibmiş.

Xeberaz.az ANS PRESS-in məlumatına görə xəbər verir ki, APA-nın diplomatik mənbələrdən əldə etdiyi məlumatda bildirilir ki, Prezident İlham Əliyevin Avropa İttifaqı “Şərq Tərəfdaşlığı” proqramına üzv ölkələrin Riqa sammitində iştirak etməməsi son zamanlar Qərbdə Azərbaycana qarşı qərəzli kampaniyanın həyata keçirilməsinə, Avropa mərkəzlərindən idarə olunan QHT-lərin geniş anti-Azərbaycan fəaliyyətinə reaksiyadır

Məlumata əsasən, Azərbaycanla strateji tərəfdaşlıq əlaqələrinin inkişafında maraqlı olduqlarını iddia edən Qərb dairələrinin yaxından iştirakı ilə l Avropa Oyunları ərəfəsində Azərbaycana qarşı “qara piar” kampaniyasının genişləndirilməsi haqlı hiddət doğurur.

APA-nın əldə etdiyi digər bir məlumata görə, bir müddət əvvəl Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov Avropa İttifaqının Azərbaycandakı ofisinin rəhbəri Malena Mardı dəvət edərək, Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyətini genişləndirməsinə etirazını bildirib.

O, M. Marddan mayın 12-də Avropa Parlamentində Azərbaycanla bağlı keçirilməsi nəzərdə tutulmuş dinləmələrin dayandırılmasını tələb edib. Avropa İttifaqının nümayəndəsinə çatdırılıb ki, tədbir dayandırılmayacağı təqdirdə, Azərbaycan Prezidentinin Riqa sammitində iştirakı sual altına düşəcək.

Diplomatik mənbələr onu da qeyd edir ki, anti-Azərbaycan ovqatının genişləndiyi Qərblə strateji tərəfdaşlıq mümkünsüzləşir: "Azərbaycan hakimiyyəti 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi ərəfəsində olduğu kimi, l Avropa Oyunlarına bir neçə gün qalmış da Avropa Parlamentinin Azərbaycana qarşı yeni qətnamə qəbul edəcəyi barədə məlumat alıb. Prezident İlham Əliyev də məhz bu amilləri nəzərə alaraq Riqa sammitində iştirakdan imtina edib"


Xəbəri paylaş

5728 dəfə oxunub.

Digər xəbərlər
29-07-2017, 11:28 Cəbhədən XƏBƏR VAR

bütün xəbərlər
____ Instagram ___