Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Polis əməkdaşı Toyuna 2 həftə qalmış atası ilə birgə öldü-FOTO
Tarix: 04-09-2016 | Saat: 18:23
Bölmə:M / Karusel / Hadisə / Araşdırma | çapa göndər

Polis əməkdaşı Toyuna 2 həftə qalmış  atası ilə birgə öldü-FOTO

Bu gecə Bakı şəhərinin Zığ qəsəbəsində dəhşətli yol qəzasında vəfat edən 24 yaşlı Sahib Rzayevin nişanlı olduğu məlum olub.
"Xəbəraz.az "xəbər verir ki, yaxınlarının verdiyi məlumata görə, bu ayın 20-də onun qız, 25-də isə oğlan toyu olacaqmış və ailəsi artıq hazırlığa da başlayıbmış.

14:00
Bu gecə Bakıda baş vermiş dəhşətli yol qəzasında bir ailədən 3 nəfər vəfat edib.

Suraxanı rayonu Zığ qəsəbəsi ərazisində "QazEL" və "KamAZ" markalı yük maşınlarının toqquşması nəticəsində, "QazEL"in sürücüsü, 1955-ci il təvəllüdlü Rzayev Pirican Əlif oğlu və sərnişinləri, sürücünün oğlu - 1992-ci il təvəllüdlü Rzayev Sahib Pirican oğlu ilə sürücünün yeznəsi, 1976-cı il təvəllüdlü Qəhrəmanov Elşad Qəni oğlu vəfat edib.

"QazEL"in kuzasında olan Qədirov Tacəddin Mehralı oğlu isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Bildirilir ki, qəzaya düşən ailə kiçik sahibkarlıqla məşğul olurmuş və maşınla cücə daşıyırmış. Gecə saatlarında Zığ qəsəbəsində kubiklə dolu "KamAZ" yoxuşa çıxa bilmədiyindən yolun hərəkət hissəsində dayanıb. Nəticədə arxadan gələn "QazEL" həmin yük maşınına çırpılıb. "KamAZ"dakı kubiklər "QazEL"in üstünə tökülüb və maşının qarşı tərəfində oturaq halda vəfat edən şəxslərin cəsədlərini çıxarmaq üçün əraziyə xilasedicilər cəlb edilib.

Polis əməkdaşı Toyuna 2 həftə qalmış  atası ilə birgə öldü-FOTO


Xəbəri paylaş

1 5638 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___