Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Gürcüstanın baş naziri Bakıya gəlir
Tarix: 29-08-2016 | Saat: 23:52
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Gürcüstanın baş naziri Bakıya gəlir

Yaxın günlərdə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvilinin Bakıya rəsmi səfəri gözlənilir.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili ilə Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovun bu gün keçirilən görüşündə qeyd olunub.Gürcüstan hökumətindən bildirilib ki, tərəflər iki ölkənin strateji əməkdaşlığını müzakirə ediblər.

Hökumətin mətbuat xidmətindən bildirilib ki, söhbət zamanı Gürcüstan və Azərbaycanın siyasi, mədəni, ticarət-iqtisadi və enerji sahəsində perspektivlərinin dərinləşdirilməsinə toxunulub.

Giorgi Kvirikaşvili ilə Elmar Məmmədyarov Gürcüstan və Azərbaycanın birgə həyata keçirdikləri regional əhəmiyyətə malik irimiqyaslı enerji layihələrinin iqtisadi inkişaf və təhlükəsizlik baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Görüş çərçivəsində Gürcüstandakı turizmin müsbət dinamikası olduğu qeyd olunub. Bildirilib ki, ölkəyə gələn Azərbaycan turistlərinin sayı artıb. Görüşdə regional təhlükəsizliyə də toxunulub.


Xəbəri paylaş

5808 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___