Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rublun bahalaşması azərbaycanlılara necə təsir edir? - VİDEO
Tarix: 18-05-2015 | Saat: 23:49
Bölmə:M / Karusel / İqtisadiyyat / Xəbəraz TV | çapa göndər

Rublun bahalaşması azərbaycanlılara necə təsir edir? - VİDEO
“Biz hansı sahədə yatırım qoysaq da özünü doğrultmur”.

Ukryana böhranı, Qərbin sanksiyaları və neftin qiymətinin ucuzlaşması səbəbindən keçən il 40 faiz ucuzlaşan Rus rublu bu il yenidən güclənməyə davam edir. Bəs rublun güclənməsi Rusiyadakı azərbaycanlı iş adamlarına necə təsir edir?

Xeberaz.az -ın ANS TV-yə istinadən məlumatına görə, rublun çox da möhkəmlənməsini istəməyən Rusiya Mərkəzi Bankı hər gün 200 milyon ABŞ dolları satın alacağını bəyan etsə də, Rus rublu yenə də bahalaşmağa davam edir.

Artıq bir dollar 49 rubla gədər ucuzlaşıb. Ancaq milli valyutanın bahalaşması heç də ölkədəki iqtisadi böhranın başa çatdığı anlamına gəlmir. Elə buna görə də ticarətdə hələlik diqqət çəkən bir canlanma yoxdur. Bu isə daha çox Rusiyada ticarətlə məşğul olan həmvətənlərimizi narahat edir.

Ticarətçi Elçin Nəcəfovun sözlərinə görə, dekabr ayından bəri ticarət çox zəifləyib: “Demək olar ki, bazar ölüb. Gözləyirdik ki, yaz aylarında vəziyyət yəgin ki, yaxşı olar. Ancaq rus rublunun kursu bir balaca düzəldisə də, işlərimizdə elə bir güclü irəliləyiş yoxdur. Yəni elə bir xeyir görə bilmirik”.

Moskvadakı iş adamlarımız da Rusiyadakı mövcud iqtisadi vəziyyətin kapital qoyuluşu üçün əlverişli olmadığı gənaətindədirlər.

Rusiyada iqtisadi böhranın baş verdeyini deyən iş adamı Elçin Cəlalov böhranın onları çox qorxutduğunu dedi: “Bu, əvvəlki böhranlara bənzəmir. Ona görə ki, rus rublu bahalaşır, ancaq krizis isə heç də aradan qalxmır. Biz hansı sahədə yatırım qoysaq da özünü doğrultmur”.

Rusiyada böhranın nə qədər davam edəcəyi isə hələ bilinmir. Hökumətin proqnozuna görə, böhrana iki illik ömür verilsə də, bəzi ekspertlər bu durumun 10 ilə qədər sürə biləcəyini deyirlər.


Xəbəri paylaş

6118 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___