Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Evlənmək istəyənlərin Nəzərinə - NİGAHLA bağlı qərar qəbul edildi
Tarix: 17-05-2015 | Saat: 14:59
Bölmə:M / Karusel / Gündəm / M2 | çapa göndər

Evlənmək istəyənlərin Nəzərinə - NİGAHLA bağlı qərar qəbul edildi
Nazirlər Kabineti “Azərbaycan Respublikasının Ailə Məcəlləsində dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 2014-cü il 17 oktyabr tarixli 1080-IVQD nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 15 dekabr tarixli 389 nömrəli Fərmanının 1.1.3-cü və 1.1.4-cü yarımbəndlərinin icrasını təmin etmək məqsədi ilə qərar qəbul edib.


Xeberaz.az lent.az-a istinadən məlumatına görə, qərarda deyilir:

1. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməli olduğu xəstəliklərin Siyahısı” təsdiq edilsin (1 nömrəli əlavə).

2. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə Qaydası” təsdiq edilsin (2 nömrəli əlavə).

3. “Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçdiklərini təsdiq edən arayışın forması” təsdiq edilsin (3 nömrəli əlavə).

Artur RASİ-ZADƏ,

Azərbaycan Respublikasının Baş naziri

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci il 28 aprel

tarixli 122 nömrəli qərarı ilə

təsdiq edilmişdir

1 nömrəli əlavə

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən

keçməli olduğu xəstəliklərin

SİYAHISI

1. Nikaha daxil olmaq istəyən şəxslər aşağıdakı xəstəliklər üzrə tibbi müayinədən keçməlidirlər:

1.1. hemoqlobinopatiyalar:

1.1.1. böyük beta-talassemiya;

1.1.2. aralıq beta-talassemiya;

1.1.3. drepanotalassemiya;

1.1.4. oraqvari hüceyrəli anemiya;

1.2. İİV/QİÇS;

1.3. sifilis.

___________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci il 28 aprel

tarixli 122 nömrəli qərarı ilə

təsdiq edilmişdir

2 nömrəli əlavə

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçmə

QAYDASl

1.Ümumi müddəalar

1.1. Bu Qayda sağlam ailənin formalaşması üçün şəraitin yaradılması, irsi xəstəliklə və anadangəlmə inkişaf qüsuru ilə uşaqların doğulmasının qarşısının alınması məqsədi ilə Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13-cü maddəsinə əsasən hazırlanmışdır və nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən keçməsi qaydasını müəyyən edir.

1.2. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsi Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş xəstəliklərin siyahısı üzrə aparılan klinik və laborator müayinələrdən, habelə tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlərin verilməsindən ibarətdir.

1.3. Bu Qayda nikaha daxil olmaq istəyən Azərbaycan Respublikasında daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə də şamil edilir.

2.Tibbi müayinələrin təşkili

2.1. Tibbi müayinə və məsləhətlər nikaha daxil olmaq istəyən şəxslərin və ya onlardan birinin yaşayış yeri üzrə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən müəyyən edilmiş dövlət və (və ya) bələdiyyə tibb müəssisəsində, tərəflərdən biri azadlıqdan məhrum edilmiş şəxs olduqda isə həmin şəxsin olduğu cəzaçəkmə müəssisəsinin tibb xidməti tərəfindən həyata keçirilir.

2.2. Tibbi müayinənin keçirilməsi və məsləhətlərin verilməsi pulsuz aparılır.

2.3. Tibbi müayinənin keçirilməsinə, habelə məsləhətlərin verilməsinə və qeydiyyatın aparılmasına nəzarət tibb müəssisəsinin rəhbəri tərəfindən həyata keçirilir.

3. Tibbi müayinələrin keçirilməsi və məsləhətlərin verilməsi

3.1. Nikaha daxil olmaq istəyən şəxslərin hər biri tibbi müayinədən keçirilir.

3.2. Tibbi müayinədən sonra nikaha daxil olmaq istəyən şəxslərə müayinənin nəticəsi barədə ayrı-ayrılıqda məlumat verilir və buna uyğun olaraq onlara tibbi-genetik, tibbi-psixoloji və ailənin planlaşdırılması məsələləri üzrə məsləhətlər verilir.

3.3. Tibbi müayinənin nəticələri nikaha daxil olmaq istəyən şəxslərə yazılı formada təqdim edilməklə rəsmiləşdirilir.

3.4. Nikaha daxil olmaq istəyən şəxslərə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələrinə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələrinə, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəliklərinə təqdim edilməsi üçün tibbi müayinədən keçdiklərini təsdiq edən arayış verilir. Arayışda müayinənin nəticələri əks olunmur.

3.5. Arayış tibb müəssisəsinin rəhbəri və tibbi müayinənin aparılmasına məsul həkim tərəfindən imzalanır və müəssisənin möhürü ilə təsdiq edilir.

3.6. Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinəsinin nəticələri həkim sirridir.

3.7. Nikaha daxil olmaq istəyən tərəf tibbi müayinənin nəticəsi barədə digər tərəfi məlumatlandırır və yazılı razılıqlarına əsasən cütlüyə həkim məsləhəti verilir.

3.8. Tibbi arayışın verilməsi müddəti nikaha daxil olmaq istəyən şəxslərin tibb müəssisəsinə müraciət etdiyi gündən sonra 2 (iki) həftədən çox olmamalıdır.

3.9. Tibbi arayışın etibarlılıq müddəti 1 (bir) aydır.

___________________

Azərbaycan Respublikası Nazirlər

Kabinetinin 2015-ci il 28 aprel

tarixli 122 nömrəli qərarı ilə

təsdiq edilmişdir

3 nömrəli əlavə

Nikaha daxil olmaq istəyən şəxslərin tibbi müayinədən

keçdiklərini təsdiq edən arayışın forması

Nikaha daxil olmaq istəyən şəxsin tibbi müayinədən

keçdiyi barədə

A R A Y I Ş № _____

_____________________________________________________________

(tibb müəssisəsinin adı)

Verilir ______________________________________________________

(soyadı, adı, atasının adı)

____________________________________________________________

(şəxsiyyəti təsdiq edən sənədin nömrəsi)

ondan ötrü ki, o Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 13.1-ci maddəsinə əsasən tibbi müayinədən keçmiş və ona müvafiq məsləhətlər verilmişdir.

Arayış qeydiyyat orqanına təqdim etmək üçün verilmişdir.

Tibbi müayinənin keçirilməsinə

məsul həkim _________________________

(soyadı, adı, atasının adı) (imza)

Rəhbər _____________________________

(soyadı, adı, atasının adı) (imza)

Verildiyi tarix _______________

Bu arayışın etibarlılıq müddəti 1 (bir) aydır.

M.Y.


Xəbəri paylaş

9388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___