Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Səfərbərlik və Hərbi Xidmətə bu Şəxslər çağırlmayacaq
Tarix: 17-05-2015 | Saat: 14:14
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Bu şəxslər hərbi qeydiyyata götürülməyəcək
Nazirlər Kabineti qaydalara əlavələr edib.
Səfərbərlik və Hərbi Xidmətə bu Şəxslər çağırlmayacaq
Nazirlər Kabineti “Çağırışçıların və hərbi vəzifəlilərin hərbi qeydiyyatının aparılması Qaydası”nda dəyişikliklər edib.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, indiyə qədər bu Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, həqiqi hərbi xidmətə çağırışın təmin edilməsi məqsədi ilə bütün çağırışçı və hərbi vəzifəli şəxslərin müəyyən olunmuş qaydada Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınmasını müəyyən edib.

Dəyişikliyə əsasən, bundan sonra bu qayda bu Qayda “Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna əsasən, Azərbaycan Respublikasının Silahlı Qüvvələrini və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələri şəxsi heyətlə komplektləşdirmək məqsədi ilə bütün çağırışçıların və hərbi vəzifəlilərin yaşayış yeri və ya olduğu yer üzrə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində hərbi qeydiyyata alınmasını müəyyən edəcək.

Eyni zamanda çağırışçılar və hərbi vəzifəlilər həqiqi hərbi xidmətə çağırıldıqda və ya könüllü daxil olduqda hərbi qeydiyyatdan çıxarılaraq xidmət etdiyi Müdafiə Nazirliyində, Daxili İşlər Nazirliyində, Ədliyyə Nazirliyində, Milli Təhlükəsizlik Nazirliyində, Fövqəladə Hallar Nazirliyində, Dövlət Sərhəd Xidmətində, Xüsusi Dövlət Mühafizə Xidmətində və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində xüsusi qeydiyyata alınacaqlar. Azərbaycan Respublikasının vətəndaşlığı olmayan şəxslər, sağlamlıq vəziyyətinə görə həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsız hesab edilmiş, törədilmiş ağır və ya xüsusilə ağır cinayətə görə müəyyən müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə növündə cəzaya məhkum edilmiş, ehtiyatda olmağın son yaş həddinə çatmış vətəndaşlar və qadın vətəndaşlar (hərbi-uçot ixtisasına malik olan, öz razılığı ilə hərbi qeydiyyata götürülən qadınlardan başqa) hərbi qeydiyyata götürülmürlər.



4208 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___