Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Hüququnu bil ! Boşanma zamanı əmlak necə bölünür ?
Tarix: 22-08-2016 | Saat: 00:12
Bölmə:M / Karusel / Gündəm / Reportaj | çapa göndər

Hüququnu bil ! Boşanma zamanı əmlak necə bölünür ?

Bu gün məhkəmələrdə araşdırılan işlərin böyük qismi məhz boşanma zamanı yaranan əmlak mübahisələri ilə əlaqədardır. Bu mövzu ilə əlaqədar cəmiyyətin müxtəlif təbəqələrində aparılan müzakirələrdə boşanmadan sonra daha çox qadınların mülkiyyət hüquqlarının pozulduğu iddia olunur.
Məhkəmə proseslərində daha çox qadınlar boşanma ərizəsi ilə müraciət ediblər. Boşanma halına gəlib çatmanın səbəbləri müxtəlifdir. Elə ailə var ki, maddi cəhətdən hər cür təminatlı olduğu halda ərlə-arvadın "xasiyyətlərinin uyğun gəlməməsi" boşanmaya səbəb olur. Amma əksər hallarda ailələrdəki boşanma halları daha çox maddi yetərsizlikdən və gənc ailələrə böyüklərin mudaxiləsi nəticəsində baş verir. Digər səbəblərdən biri də insanların, əsasən də qadınların son zamanlarda sosial şəbəkələrdə fəallığıdır. Qadınların sosial şəbəkələrdə "görünməsini" həzm edə bilməyən kişilər var. Həm də bir çox hallarda qadınların sosial şəbəkələrdəki "fəallığı" kişilərin haqlı qısqanclığı ilə müşahidə olunur.
Nikaha girməzdən əvvəl tərəflərin hər birinə mənsub olmuş əmlak, habelə onlardan birinin nikah dövründə hədiyyə kimi və ya vərəsəlik qaydasında aldığı əmlak onun öz mülkiyyətidir. Məsələn, ərə babasından vərəsəlik qaydasında verilmiş mənzil və ya arvada toy hədiyyəsi kimi verilmiş müxtəlif zinət əşyası onların öz mülkiyyətidir və birgə mülkiyyət sayıla bilməz. Həmçinin fərdi istifadə olunan əşyalar - geyim, ayaqqabı və s. əşyalar ümumi vəsait hesabına əldə edilsə də belə, həmin əşyadan istifadə edən şəxsin öz mülkiyyəti hesab edilir. Boşanan ailələrin əksəriyyətində əmlakın bölüşdürülməsi məsələsi ortaya çıxır və bu hal da mübahisələrə səbəb olur. Məhkəmə təcrübəsinə əsaslanaraq qeyd etmək istəyirəm ki, arvadın ərlə birlikdə nikah zamanı yaşadıqları mənzildə boşanmadan sonra yaşayış və istifadə hüququnun mövcud olması barədə mübahisə həll edilərkən ilk öncə mənzilin hüquqi vəziyyəti qiymətləndirilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin müvafiq maddələrinin tələbinə görə yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi üçün mülkiyyətçi ilə bağlanmış, notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma zəruridir. Məsələn, gəlinin qayınatasının mülkiyyətçisi olduğu evdə yaşaması üçün qayınatası ilə aralarında notarial qaydada təsdiq olunmuş razılaşma olmalıdır. Bu müddəa ilə bağlı Konstitusiya Məhkəməsi tərəfindən bir neçə Plenum qərarı qəbul edilmişdir. Bəzi hallarda məhkəmələr öz qərarlarında bu növ mübahisələrə qiymət verərkən mülkiyyətçi ilə birgə yaşayan ailə üzvünün yaşayış sahəsindən istifadə hüququnun yaranması üçün tərəflər arasındakı etibarlı ailə əlaqələrinin əsas rol oynadığını göstərirlər. Məsələn, mülkiyyətçiər olarsa, bu halda arvadın onlar arasında etibarlı ailə əlaqələrinin olması məhkəmələr tərəfindən əsas kimi qəbul edilir. Yaşayış sahəsindən istifadə hüququna gəlincə isə, yaşayış sahəsindən istifadə hüququ olan mənzil mülkiyyətçisinin hər bir ailə üzvü, hətta boşanmadan sonra mənzildən sərbəst surətdə istifadə edə bilər.
Uşaqlar qadında qalacaqsa, ər narkomaniyaya meyllidirsə, qadın qeydiyyat vəsiqəsi onun adına təsbit edilməklə əmlakın üçdə iki hissəsinin ona verilməsi tələbini qaldıra bilər. Praktikada da hallar var ki, qadın sübutlarını, həmçinin, uşaqların onun yanında qalmasını nəzərdə tutan boşanma haqqında məhkəmə qətnaməsini təqdim edirsə, onlar təsdiqini tapırsa, hakimlər problemsiz olaraq müvafiq qərar çıxarır. Nikah pozulduğu təqdirdəisəbuməsələyəmünasibətbildirmək məhkəmənin vəzifəsidir. Adətən məhkəmədə əmlak bölgüsü işin mürəkkəbliyi və başqa şəxslərin maraqlarına toxunmamaq üçün boşanmadan sonraya saxlanılır ki, daha ətraflı baxılsın.
Evlənin, amma boşanmayın!

Samirə Qasımova
hüquqşünas

Hüququnu bil ! Boşanma zamanı əmlak necə bölünür ?


Xəbəri paylaş

12 9718 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___