Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Toğrul Əsgərov gümüş medal qazandı – Yeniləndi
Tarix: 21-08-2016 | Saat: 21:58
Bölmə:M / Karusel / İdman | çapa göndər

Toğrul Əsgərov gümüş medal qazandı – Yeniləndi
16:29

Azərbaycanı Rio-2016-da təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov 1/4 finala yüksəlib.

"Xəbəraz.az " xəbər verir ki, Toğrul ilk görüşünü ukraynalı Andrey Kvyatkovskiyə qarşı keçirib.

Güləşçimiz 12:2 hesabı ilə qələbə qazanıb.

1/4 finalda onun rəqibi Maqomedmurad Qacıyev (Polşa) - Frank Molinaro (ABŞ) cütünün qalibi olacaq.

***

17:09

Toğrul Əsgərov 1/4 finalda ABŞ idmançısı Frank Anyello Molinaro üzərində 10:0 hesabı ilə təmiz qələbə qazanaraq yarımfinala yüksəlib.

***

Toğrul Əsgərov yarımfinada italiyalı Çamizo Markez Frankı 7:4 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb. O, finalda rusiyalı sərbəst güləşçi Soslan Ramonovla qarşılaşacaq.

Bununla da Toğrul ən azı gümüş medalı təmin edib.

***

21:27

Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən sərbəst güləşçi Toğrul Əsgərov final görüşünə çıxıb.

65 kq. çəki dərəcəsində çıxış edən olimpiya çempionunun rəqibi rusiyalı sərbəst güləşçi Soslan Ramonov olub.

Toğrul elə ilk hissədə rəqibinə 0:11 hesabı ilə məğlub olaraq XXXI Yay Olimpiya Oyunlarının gümüş medalını qazanıb.


Xəbəri paylaş

7928 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___