Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Moskva Qarışıb. Rəsmi məlumat isə verilmir!!
Tarix: 15-03-2015 | Saat: 16:41
Bölmə:M / Karusel / Siyasət / Gündəm / Dünya | çapa göndər

Moskva Qarışıb. Rəsmi məlumat isə verilmir!!


Rusiyada qeyri-adi hərbi-siyasi proseslərin cərəyan etməyə başladığı müşahidə edilir. Belə ki, son vaxtlar Rusiya prezidenti Vladimir Putinin səhhəti haqqında müəmmalı xəbərlər yayılmaqdadır.

Eyni zamanda, hazırda Rusiya prezidentinin İslamı qəbul etməsi barədə də məlumatlar gündəmi ciddi şəkildə məşğul edir. Prezident V.Putin haqqında yayılan maraqlı xəbərlərin sırasına onun Kabayevadan bir oğlunun dünyaya gəlməsi barədə məlumatı da əlavə etmək mümkündür.

Təbii ki, bu tipli xəbərlərin bir-birinin ardına düzülməsi Rusiya kimi avtoritar superdövlətin ənənələri baxımından, gözlənilməz xarakter daşıyır.

Musavat.com-un Rusiya KİV-lərinə istinadən verdiyi məlumata görə, bu gecədən etibarən Rusiyada, xüsusilə də, paytaxt Moskvada hərbi xarakter daşıyan davranışların ön plana keçməkdə olduğu da müşahidə edilir.

Belə ki, paytaxt Moskvanın küçə və meydalarına ağır hərbi texnikanın yeridildiyi bildirilir. Rusiya mətbuatının yaydığı xəbərdə ağır döyüş texnikasının Kremlin önünə - Qızıl Meydana cəmləşdirilməkdə olduğu bildirilir.

Ancaq qəribə də olsa, Rusiyanın rəsmi dairələri bütün bu baş verənlərə münasibətdə sükutu inadla qorumaqda davm edir. Ona görə də, Moskva küçələrinə ağır göyüş texnikasının çıxarılma səbəbləri hələlik məlum deyil.

Bu arada Rusiya prezidenti Vladimir Putinin hazırda harada olması da cavabsız sualların sırasına daxildir. Rusiyada hər kəsi düşündürən bu suala "Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktov özünün Tvitter hesabında "48 saat gözləyin" mesajını yazmaqla cavablandırmağa çalışıb.



4388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___