Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Dostları ilə birləşib atasının evindən oğurluq etdi- 139 min
Tarix: 16-05-2015 | Saat: 18:59
Bölmə:M / Hadisə / M2 | çapa göndər

Dostları ilə birləşib atasının evindən oğurluq etdi- 139 min



Göyçay rayonunda mənzildən oğurluq edən 3 nəfər tutulub.


Xeberaz.az xəbər verir ki, Rayon Polis Şöbəsindən APA-ya məlumata görə, hadisə rayonun Potu kəndində qeydə alınıb. Kənd sakini, sahibkar İlqar Ömərov rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək ona məxsus mənzildən külli miqdarda pul və qızıl-zinət əşyalarının oğurlanması barədə məlumat verib. Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən rayon sakinləri, 1990-cı il təvəllüdlü Ömərov Namiq İlqar oğlu, 1973-cü il təvəllüdlü Quliyev Seymur Qəzənfər oğlu və 1986-cı il təvəllüdlü Həsənov Teymur Məzahir oğlu saxlanılıb. Məlum olub ki, ev sahibi İlqar Ömərovun oğlu Namiq Ömərov dostları ilə qabaqcadan əlbir olaraq atasının evinə daxil olublar və içərisində 139 000 ABŞ dolları, 21 000 manat pul, külli miqdarda qızıl-zinət əşyaları və 21 ədəd özəlləşdirmə çeki, xeyli sənədlər, bank kartları olan dəmir seyfi oğurlayıblar.

Onlar seyfin içindəkiləri götürüblər və seyfi Yuxarı Şirvan kanalına atıblar. Saxlanılan şəxslərdən 91 250 dollar, qızıl-zinət əşyaları və 21 ədəd özəlləşdirmə çeki maddi sübut kimi götürülüb.

Qeyd olunub ki, Namiq Ömərov və onunla oğurluğu törədən dostları narkotik istifadəçisidir. Faktla bağlı Göyçay rayon Polis Şöbəsi tərəfindən cinayət işi açılıb, araşdırma aparılır.


Xəbəri paylaş

5658 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___