Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Daim inkişaf edən tibb müəssisəsi
Tarix: 15-05-2015 | Saat: 15:37
Bölmə:M / Karusel / Səhiyyə / M2 / Fotogalereya | çapa göndər

Daim inkişaf edən tibb müəssisəsi
Xeberaz.az Azgenc.az-a istinadən xəbər verir ki,Mərkəzi Neftçilər Xəstəxanasının kollektivi insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək kimi müqəddəs vəzifəsini uğurla həyata keçirməkdədir
Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Mərkəzi Neftçilər Xəstəxanasınındigər klinikalara nisbətən üstünlüyü onun daim inkişaf edən tibb müəssisəsi olmağındadır. MNX-nı başqalarından fərqləndirən cəhətlər isə:- 24 saatlıq iş rejimi (bayram və istirahət günləri də daxil olmaqla); Çox funksional tibbi mərkəz; Yüksək ixtisaslı tibbi personal; Qərb ölkələrində təhsil alan həkimlər, xaricdən dəvət olunan mütəxəssislər; Eksklüziv tibbi xidmətlər; Təsərrüfat hesabı və münasib qiymət siyasəti; Qərb istehsalı olan müasir tibbi avadanlıqlar; Çox dilli Koordinasiya və Dispetçer Servisi; Pasiyentlərin telefon ilə planlı müalicə-diaqnostika proseduralara yazılması (appointment system); Xüsusi Məlumat və Xəstələrin Qeydiyyatı Bazası (Otomasyon); “TS EN ISO 9001:2008” beynəlxalq keyfiyyət sertifikatı və OHSAS təhlükəsizlik sistemlərin tətbiqi və s. cəhətlərdir.
Cərrahi xidmətin daha rahatlıqla əldə edilməsi məqsədilə MNX-nın Cərrahiyyə və orqan transplantasiyası şöbəsi yüksək ixtisaslı mütəxəssisləri və müasir tibbi texnologiyanın ən son imkanları ilə təchi edilmiş əməliyyatxana ilə 7 gün 24 saat ərzində insanların sağlamlığının keşiyindədir. Bu şöbənin Cərrahi xidmətin daha rahatlıqla əldə edilməsi məqsədilə MNX-nın Cərrahiyyə və orqan transplantasiyası şöbəsi yüksək ixtisaslı mütəxəssisləri və müasir tibbi texnologiyanın ən son imkanları ilə təchi başlıca üstünlüyü ondan ibarətdir ki, burada çalışan yüksək ixtisaslı mütəxəssislər böyük təcrübəyə malikdirlər. Şöbənin uzman həkimləri hər bir cərrahi əməliyyatın icrasından öncə kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edib, düzgün diaqnoz qoyular. Daha sonra, aparılacaq cərrahi əməliyyatın sizə məlumat verilərək texniki icrasının dəqiq planı hazırlanır.
Cərrahiyyə şöbəsində professor, tibb üzrə fəlsəfə doktoru, həmçinin daxildə və xaricdə təhsil alıb, dünyanın aparıcı klinikalarında işləmiş və ya təkmilləşmə kursları keçmiş yüksək səviyyəli həkim kollektivi tərəfindən ümumi cərrahiyyə, orqan köçürülməsi, uroloji, kardioloji, nefroloji, plastik-estetik-rekonstruktiv, burun-qulaq-boğaz, neyrocərrahı, endokrin cərrahiyyəsi, travmatologiya və ortopediya, mikrocərrahiyyəyə aid əməliyyatlar uğurla həyata keçirilir.
Klinikada demək olar ki, bütün növ cərrahi əməliyyatlar həyata keçirilir. Həkimlərin yüksək kvalifikasiyası və böyük iş təcrübəsi ilə yanaşı dünyanın aparıcı firmalarının istehsal etdiyi tibbi avadanlıqlar ən mürəkkəb və unikal cərrahi əməliyyatları belə həyata keçirməyə imkan verir.
Bu gün orqan və ya toxumaların transplantasiyası (orqan köçürülməsi) bir çox xroniki orqan xəstəliklərin etibarlı və əvəzsiz bir müalicə üsuludur. Məhz bu məqsədlə 2008-ci ildə Azərbaycanda ilk dəfə olaraq MNX-da professional azərbaycanlı həkimlər tərəfindən Orqan Köçürülməsi mərkəzi yaradıldı. Xaricdə ixtisaslaşmış uzman həkimlər tərəfindən qaraciyər transplantasiyası, böyrək transplantasiyası, qaraciyər (öd yolları, mədə-bağırsaq sistemin bütün cərrahi əməliyyatları, mədəaltı vəzi cərrahiyyəsi) laparoskopik cərrahi əməliyyatlar, kişi və qadın proktoloji əməliyyatları uğurla icra olunur.
Mərkəz fəaliyyətə başladığı ilk gündən etibarən artıq yüzlərlə insana qaraciyər və böyrək köçürülüb. Qaraciyər transplantasiyası üzrə nəticələr Avropa Qaraciyər Transplantasiyası Cəmiyyəti tərəfindən təyin olunmuş auditlərinin rəyinə əsasən Avropa Qaraciyər Transplantasiyası Reyestrinə (ELTR – European Liver Transplant Registry) həqiqi üzv kimi qəbul olunub.
Müalicə işləri ilə yanaşı, şöbənin əməkdaşları həm də aktiv şəkildə elmi tədqiqat işləri ilə məşğul olurlar. İl ərzində daimi olaraq şöbə həkimlərinin iştirakı ilə elmi-praktik seminarlar keçirilir, həmçinin elmi tədqiqat işləri aparılır.
Azərbaycan səhiyyəsinin inkişafında öz töhfəsini verən, dəfələrlə ilkə imza atan MNX mütəxəssisləri dəfələrlə sübut ediblər ki, artıq hər bir xəstəliyin çarəsini tapmaq üçün digər ölkələrin klinikalarına deyil, məhz MNX-na üz tuta bilərlər. İlin əvvəlində xəstəxananın transplantoloqları növbəti uğura imza atdılar. Belə ki, hemodializ proqramında olan 2000-ci il təvəllüdlü xəstə Bayram Məmmədov 4 il ərzində qalıcı hemodializ kateter vasitəsilə dializ seansında iştirak edirdi. Lakin qalıcı kateterlərin istifadəsindən irəli gələn fəsadların biri də ürək boşluğunda travmaya bağlı trombun əmələ gəlməsidir.
Məlumdur ki, Xroniki böyrək çatışmazlığın ən uğurlu müalicə üsulu məhz böyrək transplantasiyasıdır, lakin bu xəstənin bir başa böyrək transplantasiyası üzrə əməliyyata salması onun həyatına təhlükə yaradırdı. Səbəb isə əməliyyat zamanı qalıcı kateterin çıxarılması zamanı xəstədə ağ ciyər arteriyasının tromboemboliyası və nəticədə ölüm təhlükəsi vardı. Həkimlərin qərarı əsasında, xəstə üzərində iki ağır əməliyyatın aparılması qərarı verildi, belə ki, əməliyyatın ilkin mərhələsində MNX-nın Ürək və damar xəstəlikləri şöbəsinin aparıcı mütəxəssisləri cərrah Seymur Musayevin rəhbərliyi altında açıq ürək əməliyyatı keçirtdilər və trombun xaric edilməsindən sonra əməliyyatın ikinci mühüm mərhələsi həyata keçirildi. Böyrək transplantasiyası üzrə əməliyyatı Cərrahiyyə və orqan transplantasiyası şöbəsinin müdiri tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazıminin rəhbərliyi altında xəstə üçün donor olan anasında bir böyrək götürülüb uğurla xəstəyə köçürüldü. Onu da qeyd edək ki, bu cür ağır əməliyyat artıq ikinci dəfə məhz MNX-da icra edilir.
Ondan öncə Xəstəxananın peşəkar cərrahları Ceyhun İsayev, Kamran Beydullayev unikal və ağır bir əməliyyat həyata keçirmişdilər. Mədə xərçəngindən əziyyət çəkən 1951-ci il təvəllüdlü Məmmədov Rauf Etibar oğlunun həyatını xilas etmək üçün onun üzərində total gastrektomiya, splenektomiya, D 2 limfodiseksiya əməliyyatları icra olundu. Altı saata yaxın davam edən əməliyyat zamanı heç bir fəsad qeydə alınmamışdı. Xəstə bir neçə gün qaldıqda sonra artıq evinə yazıldı və dəstəkləyici müalicəni həkimlərin nəzarəti altında ev şəraitində davam etdirdi.
Xüsusilə qeyd etmək lazımdır ki, xəstəxananın elmi potensialı ildən-ilə yüksəlir, ən son texnologiyaları tətbiq edən, daxildə, xaricdə təhsil alan və bununla kifayətlənmiyən yüksək ixtisaslı mütəxəssislər peşəkarcasına işin öhdəsindən gəlməklə, xəstəxananı ən yaxşı tibbi mərkəzlərdən birinə çeviriblər.
İllər boyu Tiroidin onurğa beynini ciddi kompressiya edən və ağ ciyərə kompressiya edən giqant metastazdan (30 sm-dən böyük ) əziyyət çəkən 1957-ci təvəllüdlü Hacıyev Safalat Əmir Soltan oğlu artıq rahat həyat tərzinə davam etməkdədir.
Onun üzərində aparılan əməliyyat Zaqavqaziyada ilk dəfə icra edilməklə 15 saatdan çox çəkmişdi, lakin ixtisaslı həkim heyəti – neyrocərrah Elşən Ağabalayev, torakal cərrah Elmar Məmmədov və həkim-otorinolarinqoloq Araz Əliyev bu çətin əməliyyatı peşəkarcasına uğurla həyata keçirtdilər. Əməliyyatın çətinliyi ondan ibarətdi ki, xəstə üzərində ardıcıl olaraq bir neçə əməliyyat keçirildi, tiroid vəzisi götürüldü, 8-ci döş fəqərəsi total (spondilektomiya), 7-ci döş fəqərəsi yarımçıq (oblik korpektomiya), həmçinin 4 qabırğa çıxarılıb, daha sonra onurğa sütunun və döş qəfəsinin rekonstruksiyası aparılıb.
2005-ci ildən fəaliyyət göstərən Ürək və damar xəstəlikləri şöbəsi özündə Ümumi kardiologiya, İntervension kardiologiya və Ürək və damar cərrahiyyəsini birləşdirir. Təcrübəli ürək-damar cərrahı, tibb elmləri namizədi, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İdarə heyətinin sədri , respublikanın əməkdar həkimi, “Tərəqqi” medallı Rəşad Mahmudovun rəhbərlik etdiyiŞöbə müasir tibbi texnologiyanın ən son imkanları ilə təchiz edilib, burada elektrokardioqrafiya (EKQ), stress-EKQ test, rəngli Doppler exokardioqrafiya, stress-exokardioqrafiya, transezofaqeal exokardioqrafiya, koronar və periferik angioqrafiya, kontrastsız və kontrastlı kompüter tomoqrafiya, ürək boşluqlarının kateterizasiyası kimi müayinələr aparıcı firmaların (Almaniyanın Siemens, Shiller, İtaliyanın Cardioline, Niderlandiyanın Philips, Amerikanın Medtronic) cihazları vasitəsilə ixtisaslı həkimlər kompleks müayinə apararaq, xəstənin səhhəti haqqında dolğun informasiya əldə edilər. Yalnız bu mərhələdən sonra tam və düzgün müalicə sxemi təyin edilir.
İntervension kardiologiya bölməsində artıq 25000-dək koronar və periferik angioqrafiya müayinələri, həmçinin anadangəlmə və qazanılmış ürək qüsurlarında ürək boşluqlarının kateterizasiyası müayinələri aparılıb. Təcili yardım xidmətinə infarkt keçirmiş xəstələr müraciət etdikdə birbaşa olaraq müdaxilə edilib, tıxalı damarın açılması təmin edilir.
24 saat fəaliyyət göstərən Angioqrafiya laboratoriyasında həmçinin koronar angioplastika, balon angioplastika, damardakı dar olan bölgədə balonun şişirilməsi və darlığın genişləndirilməsi əməliyyatı, tıxalı damara dərmansız və dərmanlı stentin qoyulması, müvəqqəti və daimi kardio­stimulyatorların implantasiyası kimi müalicəvi proseduralar müvəffəqiyyətlə həyata keçirilir.
Ürək və damar cərrahiyyəsi bölməsinin daxildə və xaricdə təhsil alan yüksək ixtisaslı həkimləri dünya standartlarına cavab verən ən müasir tibbi avadanlıq və cihazlarla təchiz edilmiş MNX-nın əməliyyatxanalarında bu günə kimi 7000-dən artıq açıq ürək əməliyyatları uğurla həyata keçirib. Yeri gəlmişkən qeyd etməyə dəyər ki, 2005-ci ildən 2015-ci ilədək Xəstəxanaya müraciət edən 13684 nəfər xəstədən 11384-nün üzərində cərrahiyyə əməliyyatı həyata keçirilib ki, bunlardan da 6356-sı, yəni, 56 %-i açıq ürək əməliyyatıdır. Onlardan 4958 pasientin ürəyinə stend qoyulub.
Səhiyyə Nazirliyinin etibarlı tərəf müqabili olan Heydər Əliyev Fondu ilə Mərkəzi Neftçilər Xəstəxanasının əməkdaşlığı uğurlu nəticələr verir. Əməkdaşlıq çərçivəsində 20-22 noyabr 2014-cü il tarixdə Heydər Əliyev Mərkəzində "Anadangəlmə ürək xəstəliklərində yeniliklər" ("Update in congenital heart diseases") adlı beynəlxalq konfrans xüsusilə yaddaqalan və əhəmiyyətli olmuşdur. Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının təşəbbüsü, Azərbaycan Səhiyyə Nazirliyi və Heydər Əliyev Mərkəzinin dəstəyi ilə keçirilmiş həmin konfransda 47 ölkədən 100-ə yaxın həkim iştirak etmişdi. Heydər Əliyev Mərkəzinin səhiyyə sahəsində layihələrə dəstək verilməsi istiqamətindəki fəaliyyəti çərçivəsində reallaşan beynəlxalq konfransın əsas məqsədi Azərbaycanda anadangəlmə ürək qüsurlarının profilaktikası, erkən diaqnostikası və müalicəsində beynəlxalq standartlara uyğun xidmətin, keyfiyyət sisteminin tətbiqinə təkan vermək, bu sahələrdə çalışan peşəkarların qarşılıqlı iş birliyi ilə problemin həlli istiqamətində mühüm nailiyyətlərin əldə olunmasına şərait yaratmaqdı.
Konfrans uşaq hüquqlarının əsas təməli sayılan "Sağlamlıq hüququ"nun təmin olunması istiqamətində BMT-nin qlobal təşəbbüsünə Azərbaycan dövləti və səhiyyəsinin göstərdiyi humanist dəstəyin nümunəsi kimi dəyərləndirilmişdi. Yerli iştirakçılar xatırlayırlar ki, konfransa ABŞ-dan, Qərbi Avropadan, postsovet məkanından təşrif buyurmuş qonaqlar MNX-nın şəraiti ilkə də tanış olmuş, etiraf etmişlər ki, bu tibb müəssisəsində qabaqcıl dünya standartlarına uyğun şərait yaradılıb. Onlar təsdiqləmişlər ki, burada tətbiq olunan texnologiya, avadanlıq və ləvazimatlar, həkimlərin peşəkarlıq səviyyəsi MDB ölkələrinin analoji müəssisələrindən üstündür və bir sıra kriterilərinə görə hətta Avropa ölkələrini də qabaqlayır. Qonaqlar həmçinin ölkəmizin paytaxtı Bakı barədə də yüksək fikirlər söyləmiş, heç vaxt unutmayacaqları təəssürata yiyələndiklərini bildirmişlər.
Onu da qeyd edək ki,Heydər Əliyev Fondunun Səhiyyə sahəsi fəaliyyətində göstərdiyi böyük dəstəyə görə Dr.Rəşad Mahmudov 2012-ci ildə Qızıl Çinar Beynəlxalq mükafatı ilə təltif edilmişdir. Xatırladaq ki, çoxşaxəli ürək xəstəlikləri üzrə ən güclü mütəxəssislərdən hesab olunan d-r R. Mahmudov Azərbaycanda ilk açıq ürək əməliyyatını həyata keçirən həkimdir.
Amma çox təəssüflər olsun ki, ağa qara deməyə adət etmiş bəzi kütləvi informasiya vasitələri bilərəkdən və ya bilməyərəkdən yanlışlığa yol verir, MNX barədə həqiqətdən çox uzaq olan məlumatlar yayırlar. Bəzən hətta Xəstəxananin maliyyə baxımından idarə edilməsi mexanizmindən xəbəri olmayanlar belə burada guya korrupsiya və maliyyə pozuntularına yol verildiyi haqda fikirlər yürüdür, ictimai rəyi azdırmağa çalışırlar. Sanki bilmirlər ki, təsərrüfat hesablı tibb müəssisəsi olaraq, MNX özü özünü maliyyələşdirir və bu müstəvidə korrupsiya üçün hətta motiv də yoxdur.
Amma bütün bu qarayaxmalara baxmayaraq, MNX-nın kollektivi öz qarşısında duran əsas məqsədə - xəstəxananın və tibbi personalın imkanlarından geniş istifadə edərək müraciət edən insanlara ən yüksək səviyyədə tibbi xidmətləri göstərmək və xəstəxana nəzdində illərlə yaranmış tibb məktəbini inkişaf etdirmək məqsədinə nail olmuş və insanların sağlamlığının qayğısına qalmaq kimi müqəddəs vəzifəsini uğurla həyata keçirməkdədir!


Xəbəri paylaş

7688 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___