Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Türk müğənni erməni həmkarına meymun dediyi üçün məhkəməlik oldu – FOTO
Tarix: 15-05-2015 | Saat: 14:05
Bölmə:M / Karusel / Şou-Biznes / Fotogalereya | çapa göndər

Türk müğənni erməni həmkarına meymun dediyi üçün məhkəməlik oldu – FOTO
“Onun kimiləri şarlatandır”.

Türk müğənni Davud Güloğlu erməniəsilli həmkarı Hayko Cepkin haqqında dediyi “Qorxulu filmlərdəki meymuna oxşayır" sözlərinə görə məhkəməlik olub.

Xeberaz.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, D.Güloğlu verilişlərin birində Hayko barəsində “Qorxulu filmlərdəki meymuna oxşayır. Onun kimiləri şarlatandır” söyləyib. H.Cepkin buna görə həmkarını məhkəməyə verərək 50 min lirə mənəvi təzminat tələb edib.

Artıq 5 ildir ki, davam edən məhkəmə prosesində Haykonun meneceri şahid qismində dindirilib:

“Davud Güloğlunun həmin sözlərindən sonra konsertlərimizin sayı azalıb. Bir çox işimizi itirmişik. Hayko Cepkinin erməni olmasına görə, onsuz da Türkiyədə ona qarşı münasibət yaxşı deyildi. Həmin açıqlamalarından sonra insanların Haykoya daha da nifrəti yarandı. Cepkin qorxduğu üçün hətta bir il evdən çölə çıxmayıb”.

D.Güloğlunun vəkili isə məhkəmədən açıqlamaların yer aldığı diskin montaj olub-olmadığını yoxlamağı tələb etsə də, bunu rədd edən məhkəmə əlavə şahidlərin dindirilməsi üçün prosesi müvəqqəti təxirə salıb.




Xəbəri paylaş

6458 dəfə oxunub.

Digər xəbərlər
21-06-2017, 12:01 Leysan və dolu - SABAH

bütün xəbərlər
____ Instagram ___