Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
ANS bir dəfəlik bağlandı, Mir Şahinə yeni vəzifə verildi
Tarix: 08-08-2016 | Saat: 13:37
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

ANS bir dəfəlik bağlandı, Mir Şahinə yeni vəzifə verildi

ANS TV-nin bazasında yeni televiziya kanalının açılması nəzərədə tutulur.

"Xəbəraz.az " xəbər verir ki, uzun müddətdir müzakirə edilən və açılmasına qərar verilən ASAN TV ANS TV-nin texniki bazası üstündə qurulacaq. Xəbərdə vurğulanır ki, ANS bir daha açılmayacaq və onun bütün texnikası satın alınaraq, ASAN TV-nin binasında quraşdırılacaq.

Həmçinin ASAN TV-nin ANS-in yaradıcı personalını tam heyətlə işə dəvət edəcəyi də gözlənilir. İddia edilir ki, hakimiyyət 500-dən artıq jurnalistin ANS-in bağlanması ilə işsiz qalmasında maraqlı deyil və bu peşəkar heyəti tam tərkibdə yeni kanalda işlə təmin etməyi hədəfləyir.

ANS-in vitse-prezidenti, məşhur jurnalist Mir Şahin Ağayevə də ASAN TV-də yüksək vəzifə veriləcəyi bildirilir.


Xəbəri paylaş

1 9108 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___