Azərbaycan prezidenti: “Sabah tarixi addımlar atılacaq”
Tarix: 07-08-2016 | Saat: 23:17
Bölmə:M / Karusel / Hadisə | çapa göndər
“Hökumətlərarası birgə komissiya çox uğurla işləyir. Səfər ərəfəsində Neftçalada İran avtomobil zavodunun açılması mühüm hadisədir”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda rəsmi səfərdə olan İran prezidenti Həsən Ruhani ilə görüşdən sonra keçirilən mətbuat konfransında prezident İlham Əliyev deyib.
Dövlət başçısı bildirib ki, yaxın vaxtlarda İran texnologiyası ilə çalışacaq dərman zavodunun bünövrəsi də qoyulacaq: “Şimal-Cənub Nəqliyyat Dəhlizinin yaradılması üçün də önəmli addımlar atılır. Bu ilin sonuna qədər Azərbaycan öz dəmir yolunu İran sərhədinə qədər uzadacaq. Şimal-Cənub Nəqliyyat Dəhlizinin icrasını sürətləndirmək üçün bu gün Memorandum imzalanıb. Azərbaycan tərəfi gələcəkdə bu layihənin maliyyələşdirilməsində iştirak etmək arzusundadır. Bu məsələ sabah Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşündə də müzakirə ediləcək. Üçtərəfli əməkdaşlıq formatının yaradılması təbiidir. Bunun əsasında tarix, coğrafiya və müştərək layihələr dayanır. Bu, tək ölkələr deyil, qitələr üçün böyük əhəmiyyət daşıyır. Sabah Şimal-Cənub Nəqliyyat Dəhlizi ilə bağlı tarixi addımlar atılacaq”.
Prezident İlham Əliyev bildirib ki, İran vətəndaşları sadələşdirilmiş viza ilə Azərbaycana gələ bilirlər: “Görüşdə ekologiya, Xəzərlə bağlı məsələlər də müzakirə olundu. Heç bir məsələ ilə bağlı ciddi fikir ayrılığı yoxdur. Məqsəd siyasi, iqtisadi əlaqələri gücləndirməkdir”.
Xəbəri paylaş
9218 dəfə oxunub.
Digər xəbərlər

22-03-2017, 13:02
Facebook dostlarımızdan biri ölərsə...
18-07-2016, 18:47
Prezident Rio Olimpiyadası ilə bağlı 2 sərəncam imzaladı
5-09-2020, 14:32
Sabirabadda arvadını öldürən şəxs tutuldu
2-09-2019, 16:33
Məşhur aktrisa cinsiyyətini dəyişdirdi — FOTOLAR
31-08-2017, 11:19
Avtomobillərin texniki baxışdan keçirilməsinə dair tələblər sərtləşdirildi - SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ
13-03-2023, 12:49
İcra başçısının intihar etmiş köməkçisinin atası danışdı: Mağazadan bazarlıq edib, sonra...
25-08-2020, 18:48
Polisdən ƏMƏLİYYAT: SAXLANILANLAR VAR (FOTO)
26-10-2021, 10:43
"Baku Elektroniks" daha bir müştərisini aldatdı - GİLEY
1-09-2016, 17:31
Nyu York Tayms ermənilərin Aprel savaşındakı sirrini açdı