Bakı-Sumqayıt dəmiryolu xətti istismara verildikdən sonra əhali rahat şəraitdə paytaxta cəmi 40 dəqiqəyə çatacaq.
Tarix: 13-05-2015 | Saat: 18:55
Bölmə:M / Karusel / İqtisadiyyat / Fotogalereya | çapa göndər
“Azərbaycan Dəmir Yolları” QSC sərnişindaşıma üzrə bəzi tariflərin dəyişdirilməsi ilə bağlı Tarif Şurasına müraciət etməyi planlaşdırır”.
Xeberaz.az-ın Trend-ə istinadən məlumatına görə, bunu jurnalistlərə QSC-nin sədri Cavid Qurbanov deyib.
Onun sözlərinə görə, “Azərbaycan Dəmir Yolları” yeni Bakı-Sumqayıt dəmiryolu xəttində VİP vaqonlarda sərnişindaşıma tariflərinin tənzimlənməsi funksiyalarını QSC-yə vermək təklifi ilə Tarif Şurasına müraciət edib.
C.Qurbanov qeyd edib ki, məlum olduğu kimi, sosial qiymətlər mövcuddur, məsələn, dövlət tərəfindən tənzimlənən plaskart vaqonlarda gediş haqqı qiyməti: “VİP vaqonlarda gediş haqqını isə özümüz tənzimləməyi planlaşdırırıq”.
O, əlavə edib ki, Bakı-Sumqayıt xəttində gediş haqqının məbləği bu istiqamətdən hər gün istifadə edən əhalinin cari xərclərinə əsaslanacaq: “Apardığımız yoxlama nəticəsində müəyyən etdik ki, əhali Sumqayıtdan Bakının mərkəzinə gəlmək üçün orta hesabla 1 manat xərcləyir. Üstəlik, onlar 2 saat vaxt itirirlər, bir neçə dəfə nəqliyyat vasitəsini dəyişir və təyinat yerinə böyük narahatlıqla çatırlar”.
C.Qurbanov bildirib ki, Bakı-Sumqayıt dəmiryolu xətti istismara verildikdən sonra əhali rahat şəraitdə paytaxta cəmi 40 dəqiqəyə çatacaq.
Xəbəri paylaş
6258 dəfə oxunub.
Digər xəbərlər

20-09-2016, 21:52
Nərimanov parkında oğlan qıza hücum etdi - VİDEO
2-03-2016, 15:24
Kəmaləddin Heydərov pakistanlı generalı qəbul edib
1-04-2018, 16:43
Dənizkənarı Milli Parkda 1 nəfər dənizə düşüb
7-10-2018, 11:05
Bakıda qardaş qardaşı toyuq üstündə öldürdü - Təfərrüat
30-09-2017, 12:25
İŞİD-in əlindən alınan azərbaycanlı uşaqla bağlı YENİ XƏBƏR - RƏSMİ
9-02-2020, 10:01
AŞPA nümayəndə heyəti seçkiləri müşahidəyə başladı
5-11-2021, 13:34
Hikmət Hacıyev: “Zəngəzur dəhlizinin qurulması istiqamətində işlər aparılır” - VİDEO
18-02-2023, 13:11
Türkiyə vətəndaşı Kəlbəcərdə faciəvi şəkildə öldü
23-12-2015, 21:07
Suriyalılar Əsədlə bağlı qərar verdilər
24-10-2015, 17:19
Aşura günü Kərbəlada 3 milyondan çox zəvvar olub