Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövşən Lənkəranskiyə Ermənistanda çıxarılan hökm
Tarix: 03-08-2016 | Saat: 20:24
Bölmə:M / Karusel / Gündəm / Araşdırma | çapa göndər

Rövşən Lənkəranskiyə Ermənistanda çıxarılan hökm

Rusiyada cinayətkar aləmin "kralı", yaxud "№1 oğru" hesab edilən "Şakro Molodoy" ləqəbli Zaxari Kalaşovun həbsi ətrafında yeni versiya gündəmə gəlib.

Virtualaz.org xəbər verir ki, kriminal aləmə yaxın hesab edilən "Rus mafiyası" adlı ("Russkaya mafiya") internet portalın məlumatına görə, Şakro Molodoyun həbsinə sifarişi onun düşmənləri Rövşən Lənkəranski və müttəfiqləri verə bilər.

Sayt bu sifarişin motivlərini əsaslandıraraq yazır ki, cinayətkar aləmin Yaponçik və Ded Xasan kimi "generallarının" öldürülməsindən sonra taxt-tac Zaxari Kalaşova keçdi. Çünki Şakro kriminal aləmdə tez-tez meydana çıxan münaqişələrin dayandırılmasının tərəfdarı idi və özü də qarşıdurmaları yatırmaqda çox ustaydı.

Şakro İspaniya həbsxanasında cəza çəkəndə Rövşən Lənkəranski və onun müttəfiqləri - gürcü qanuni oğrular Cemal Mikaladze (Cemo) və Merab Canqvelidze (Merab Suxumski) Moskvanın praktiki olaraq bütün bazarlarına, xidmət sektoruna nəzarəti ələ keçirmişdilər. Və belə bir vaxtda Şakro İspaniya həbsxanasından cəzasını çəkib çıxdı və müəmmalı şəkildə Rusiyaya ekstradisiya olundu. Belə ki, Şakro Gürcüstanda qiyabi olaraq 17 il həbsə məhkum edilmişdi və bu ölkənin hüquq-mühafizə orqanları İspaniyadan onun ekstradisiyasını tələb edirdi. Ancaq görünür, Şakro Rusiyada kimlərəsə çox lazım idi və bu nüfuzlu oğrunu İspaniyadan Rusiyaya yola saldılar. O, çox keçmədən kriminal aləmdə liderliyi ələ aldı.

Rusiyaya qayıdandan sonra Şakronun birinci işi "sxodka" çağırmaq oldu. O, qanuni oğruları Ermənistanda topladı, çünki toplantı iştirakçılarının bir çoxu Rusiyada axtarışda idi. Həmin "sxodka"da klanlar arasında bütün qarşıdurmaların dayandırılması barədə hökm verdi. Habelə ondan qabaqkı dövrdə qanuni oğru statusu alanların bir çoxunun məsələsinə yenidən baxdı. Bunlar Rövşən Lənkəranskinin qruplaşmasına daxil olan gürcü kriminal avtoritetlər idi. "Sxodka"da Şakronun Rövşən Canıyevin, Cemal Mikaladzenin və 10-a qədər digər kriminal avtortetin oğru statusunun geri alınması haqda qərar çıxardığı bildirilir.

Sayt yazır ki, Şakronun gəlişindən sonra Canqveladzenin nəzarətində olan narkotrafik də bağlandı. Söhbət böyük pulların itirilməsindən gedirdi və tamamilə aydın idi ki, Canqveladze bu biznesi güc strukturlarındakı adamlarının himayəsi altında yürüdürdü. Və indi belə görünür ki, düşmənləri Şakrodan qisas alır və hüquq-mühafizə orqanlarındakı adamları vasitəsilə onun həbsinə nail olur. Bununla da Rusiya xüsusi xidmət orqanları kriminal aləmi nəzarət altına almaq istiqamətində mühüm addım atırlar. Belə ki, Şakronun yerinə əsas namizəd "Piçuqa" ləqəbli avtoritet Yuri Piçuqindir. Onun FTX-də və digər güc strukturlarına çox güclü əlaqələri var. İstisna deyil ki, bu əlaqələrin sayəsində Piçuqa kriminal aləmdə irəliləyə və hüquq-mühafizə orqanlarının xoşuna gəlməyənləri sıradan çıxara bilər. Artıq məlumdur ki, Piçuqa Zaxari Kalaşovun həbsindən sonra "obşak"a nəzarəti ələ keçirib...


Xəbəri paylaş

9898 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___