Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Xırdalanda anasını öldürən oğlan 9 il müddətinə cəzalandırıldı
Tarix: 13-05-2015 | Saat: 12:54
Bölmə:M / Karusel / Hadisə / M2 / Foto-fakt | çapa göndər

Xırdalanda anasını öldürən oğlan 9 il müddətinə cəzalandırıldı
Qadın başqa kişilərlə görüşdüyünü etiraf edib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Rusiya Federasiyası vətəndaşı Hümbət Nağızadənin (1992-ci il təv.) CM-nin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Xeeraz.az
xəbər verir ki, ötən il oktyabrın 23-də Xırdalan ş. Mehdi Hüseynzadə küçəsində yerləşən yeni yaşayış binasında yaşayan Fatma Qurbanova (1971-ci il təv.) oğlu Hümbət tərəfindən boğularaq öldürülüb, hadisədən sonra cinayəti törədən şəxs Abşeron RPŞ-yə gedərək, könüllü təslim olub və qısqanclıq zəminində anasını qətlə yetirdiyini bildirib.

İstintaqla müəyyən olunub ki, Hümbət Nağızadə avqustun əvvəllərində istirahət etmək üçün yaşadığı Sankt-Peterburq şəhərindən Bakıya gəlib. Bir müddət şəhərdə qaldıqdan sonra anadan olduğu Şəmkir rayonuna gedib. Atasının ölümündən sonra dul qalan anası barədə xoşagəlməz söhbətlər eşidən Hümbət Qafqaz Universitetində oxuyan kiçik qardaşını danışdırıb və ondan da eyni sözləri eşidib.

Qeyd edək ki, ərinin vəfatından sonra oğulları ilə münasibətləri kəskinləşən Fatma Qurbanova Xırdalan şəhərində qızı ilə yaşayıb. Ayın 23-də Hümbət məsələni aydınlaşdırmaq üçün anasının yanına gəlib və onu sorğu-suala tutub. Fatma Qurbanova onunla əvvəlcə sakit danışıb, sonra oğluna acıqlanıb. Qadın başqa kişilərlə görüşdüyünü etiraf edib, oğluna çıxıb getməsini deyib və mərhum ərini söyüşlərlə təhqir edib. Atasının ruhu təhqir olunan zaman Hümbət əsəblərini cilovlaya bilməyib və Qurbanovanı boğaraq, qətlə yetirib.

Məhkəmə prosesində Hümbət Nağızadə ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərib ki, cinayəti anasının təhqiredici sözlərindən sonra törədib. O anasını öldürmək niyyəti olmadığını bildirib:

“Dedim ki, bu işlərinə son qoy. Dedi sən kimsən ki? Mən ərsiz qadınam, öz həyatımı yaşayıram, sən də böyük oğlansan, get öz həyatını yaşa. Başladı atamın qəbrini söyməyə. Bir neçə dəfə dedim, bəsdir, susmadı, mən də əsəbiləşib onu boğmağa başladım”.

Məhkəmənin hökmü ilə təqsirləndirilən şəxs 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.(oxu.za)


Xəbəri paylaş

6838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___