Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Uorlik: Ermənistan və Azərbaycan prezidentləri danışıqları intensivləşdirmək istəyir.
Tarix: 13-05-2015 | Saat: 10:58
Bölmə:M / Karusel / Siyasət / Xəbəraz-ın debatı | çapa göndər

Uorlik:  Ermənistan və Azərbaycan prezidentləri danışıqları intensivləşdirmək istəyir.
“Biz tezliklə regiona səfər edəcəyik”.

ATƏT-in Minsk Qrupunun həmsədrləri bu yaxınlarda Dağlıq Qarabağ münaqişəsi regionuna səfər edəcəklər.

Xeberaz.az oxu.az- xəbər verir ki, bu barədə news.am saytına müsahibəsində amerikalı həmsədr Ceyms Uorlik deyib.

Ötən həftə Vaşinqtonda Ermənistan prezidenti Serj Sarkisyanla görüşünü şərh edən Uorlik qeyd edib ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mümkün həlli yolları müzakirə olunub.

“Biz hər zaman həm prezident Sarkisyan, həm də prezident Əliyevlə və regiona səfər zamanı Dağlıq Qarabağın faktiki rəhbərliyi ilə danışıqlar üçün istənilən imkandan istifadə edirik”, - həmsədr deyib.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan prezidentləri danışıqları intensivləşdirmək istəyir.

“Prezidentlərin görüş tarixi hələlik müəyyən edilməyib, lakin hər iki prezident dialoqu intensivləşdirmək üçün istəklərini ifadə ediblər və vasitəçilərin rolu normal danışıqlar prosesini təşkil etməkdən ibarət olduğuna görə biz prezidentlərin görüşünü hazırlamaq üçün yaxın zamanlarda regiona səfər edəcəyik”, - diplomat qeyd edib.

Onun fikrincə, münaqişənin bütün tərəfləri hazırda münaqişənin sülh yolu ilə həllini arzu edirlər.

“Hesab edirəm ki, həm prezident Əliyev, həm də prezident Sarkisyan münaqişənin razılaşdırılmış həllini tapmaq istəyirlər. Bu münaqişə artıq olduqca uzun müddət davam edir və olduqca böyük itkilərə səbəb olub. Biz istəyirik ki, bunun sonu olsun”, - amerikalı diplomat qeyd edib.


Xəbəri paylaş

5858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___