Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Elektroşokla adam vurub pul oğurlayan şərurluya hökm oxundu – FOTO
Tarix: 13-05-2015 | Saat: 09:44
Bölmə:M / Karusel / Hadisə / Foto-fakt | çapa göndər

Elektroşokla adam vurub pul oğurlayan şərurluya hökm oxundu – FOTO
O, cinayət yolu ilə pul əldə etmək qərarına gəlib.

Bakı Ağır Cinayətlər Məhkəməsində Şərur rayon sakini Mübariz Zaxarovun (1990-cı il təv.) CM-nin 181.2.4 (quldurluq, zərərçəkmiş şəxsə xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 181.2.5-ci (quldurluq, silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə törədildikdə) maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xeberaz.az Oxu.Az-a xəbər verir ki, ötən il oktyabrın 30-da Qaradağ rayonunda yerləşən “Binə” ticarət mərkəzində naməlum şəxs Abşeron rayon sakini İlqar Hüseynovun üzündən elektroşokla vuraraq, içərisində 5000 manat olan paketi əlindən alıb və hadisə yerindən qaçıb.

Elə həmin gün cinayəti törətməkdə şübhəli bilinən şəxs Qaradağ RPİ 10-cu polis bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində tutulub və istintaqa təqdim edilib. İstintaqa verdiyi ifadəsində Zaxarov cinayəti etiraf edib və bunu pula ehtiyacı olduğuna görə törətdiyini bildirib.

Mübariz Zaxarov cinayət aləti kimi istifadə etdiyi elektroşok aparatını Türkiyədən gətirdiyini bildirib. Onun sözlərinə görə, elektroşok cihazını Naxçıvandan Bakıya gətirməsində məqsədi özünü qorumaq olub. İstintaq isə hesab edir ki, Zaxarov ifadəsində səmimi deyil və dedikləri özünü müdafiə xarakteri daşıyır.

Məhkəmə prosesində Mübariz Zaxarov ittiham üzrə özünü qismən təqsirli bilərək, Naxçıvandan Bakıya iş axtarmağa gəldiyini bildirib. Artıq 3 gün keçməsinə baxmayaraq münasib heç nə tapa bilmədiyinə görə əlində pulu qalmayıb, onda cinayət yolu ilə pul əldə etmək qərarına gəlib.

Həmin gün “Binə” ticarət mərkəzinə gəldikdən sonra xeyli gəzişib və ətrafı müşayiət edib. Nəhayət, görüb ki, bir nəfər əlində sellofan paketlə avtomobilinə doğru gedir, Mübariz çantanın içində pul olduğunu düşünüb.

“Sağa-sola baxdım, gördüm heç kim yoxdur, həmin kişiyə yaxınlaşıb sifət nahiyəsindən elektroşokla vurdum və pullarını götürərək, qaçdım”.

Məhkəmənin hökmü ilə M.Zaxarov 9 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub.






Xəbəri paylaş

6788 dəfə oxunub.

Digər xəbərlər
8-03-2022, 15:01 Sabah hava necə olacaq?

bütün xəbərlər
____ Instagram ___