Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Rövnəq Abdullayevə qarşı kampaniyanın arxasında kim dayanır?
Tarix: 25-07-2016 | Saat: 21:12
Bölmə:M / Karusel / Gündəm | çapa göndər

Rövnəq Abdullayevə qarşı kampaniyanın arxasında kim dayanır?
Rövnəq Abdullayevə qarşı kampaniyanın arxasında kim dayanır? Bölmə : CəmiyyətYayım tarixi : Bu gün [20:41]Baxılıb : 113 dəfə
Ölkənin nüfuzlu təhsil ocaqlarından olan «Qafqaz Universiteti»nin bağlanmasından heç bir həftə də ötməyib. İlk baxışdan, adi haldır — universitetin təsisçisi Azərbaycan Təhsil Nazirliyini təhsil müəssisəsinin bağlanması ilə əlaqədar xəbərdar edib. Təhsil Nazirliyi isə həmin müraciətlə ölkədə müəyyən edilmiş qaydalara uyğun olaraq davranmalıdır. Lakin hər bir universitetin məxsusi yeri olan Azərbaycanda insanlar bu ali təhsil ocaqlarına xüsusi diqqətlə yanaşırlar, onlarda baş verən istənilən dəyişiklik cəmiyyətdə geniş müzakirələrə səbəb olur.

Bu mənada «Qafqaz Universiteti» xüsusi əhəmiyyət kəsb edir, belə ki, həmin təhsil ocağını çoxdan bəri nurçuların lideri Fətullah Gülənin adı ilə bağlayırdılar. Türkiyədə baş tutmamış və əsas təşkilatçısının Gülənin elan edildiyi çevriliş cəhdindən sonra isə bu məsələ daha böyük diqqətə səbəb oldu.

Təbii ki, Bakı bu cür güclü və tərəqqipərvər universiteti itirmək istəmirdi, heç xalq da buna razı olmazdı. Həmin təhsil ocağının məzunları ölkədə və onun hüdudlarından kənarda yüksək qiymətləndirilirdi. Və «Qafqaz Universiteti» Bakı Ali Neft Məktəbinin tabeliyinə verildi. Bu təhsil müəssisəsi isə birbaşa Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə bağlıdır. SOCAR-ın vitse-prezidenti Xaliq Məmmədovun bildirdiyinə görə, universitetin tələbələri təhsillərini əvvəlki qaydada davam etdirəcəklər, professor-müəllim heyəti isə öz işində qalacaq. Təhsil Nazirliyində isə, öz növbəsində, xüsusi işçi qrupu yaradılır ki, həmin qurum bu universitetin tələbələrini digər təhsil müəssisələrinə köçürəcək.

Göründüyü kimi, bütün məsələlər həllini tapıb, lakin söz-söhbət səngimək bilmir. Bu məsələdə yalnız ictimaiyyət deyil, hər bir atılan addıma siyasi don geydirən bəzi KİV də fəallıq nümayiş etdirir. Uzun-uzadı mülahizələrində onlar SOCAR-ın prezidenti Rövnəq Abdullayevə ittihamlara qədər gəlib çıxır və dindən uzaq olan bu adamı dinçi sekta ilə bağlamağa çalışırlar — guya ki, o şəxsən Azərbaycanda nurçu təhsil ocaqlarının nəinki qorunub saxlanmasında, hətta daha da inkişaf etdirilməsində maraqlıdır. Bu mülahizələrə səbəb kimi iki il öncə baş vermiş digər hadisə əsas göstərilir.

2014-cü ilin iyununda Türkiyə hökuməti nurçulara qarşı geniş kampaniyaya başladı. Bu kampaniya ölkədən kənarda yerləşən təhsil ocaqlarını da əhatə etdi və Bakı birincilər arasında Ankaranın təşəbbüsünə qoşuldu. Azərbaycanda da gülənçi (nurçu) məktəblərin geniş şəbəkəsi fəaliyyət göstərirdi və qeyd etmək lazımdır ki, onlar əhali arasında digər pullu məktəblərlə müqayisədə böyük nüfuza malik idilər. Bu məktəbləri itirmək olmazdı, onlar həqiqətən də savadlı şagirdlər yetişdirirdi ki, bunlar beynəlxalq olimpiadalarda belə mükafatlara layiq görülürdülər. O zaman hökumətin qərarı ilə bütün bu məktəblər SOCAR-ın tabeliyinə verildi.

Həmin qərardan sonra da cəmiyyətdə SOCAR-ın nurçulara bağlılığı barədə şayiələr yayılmağa başlamışdı — hətta bu cərəyana yaxın olan bəzi konkret rəhbərlərin adları da çəkilirdi. Sözsüz ki, bacarıqlı əllərlə yayılan həmin şayiələr elə qurulurdu ki, hamıya aydın olsun: bu piramidanın zirvəsində məhz R.Abdullayev dayanır və o öz növbəsində, ölkənin siyasi rəhbərliyinə çıxır. Absurd iddiadır, fəqət SOCAR-ın və Abdullayevin tənqidçiləri öz proqramlarını məhz belə absurd iddiaların üzərində qururlar. Buna görə də, həmin şayiələr uzun sürə bilməzdi — SOCAR da Azərbaycan hökuməti kimi, ümumilikdə hər zaman, o cümlədən də gülənçilərə qarşı Ankaranı dəstəkləyib. Yeri gəlmişkən, bunu qardaş ölkənin rəhbərləri və şəxsən prezident Ərdoğan dəfələrlə bəyan ediblər.

Lakin görünür, hökuməti gözü götürməyənlər keçmişdən dərs almaq niyyətində deyillər. Ötən iki il bunu bariz şəkildə nümayiş etdirir. «Qafqaz Universiteti» SOCAR-a tabe edilən kimi köhnə mövzular yada düşdü və buyurun, bu da Azərbaycan şirkətinin idxal nurçuluğa bağlılığının daha bir sübutu. Yoxsa bu sektanın təhsil müəssisələrini ona niyə tapşırsınlar ki? Və heç cür anlamaq istəmirlər ki, bütün bunlar tamam başqa mətləblərə görə edilir.

Bir daha təkrarlamaq lazımdır ki, nurçuların məktəbləri və «Qafqaz» bu günə kimi ölkənin ən güclü təhsil müəssisələrindən hesab olunurlar, hökumət güclü tədris bazasını itirmək arzusunda deyil — rəhbərliyi dəyişmək və qarşısına yeni vəzifələr qoymaq tamamilə kifayətdir.

Nəzərə alsaq ki, bu təhsil müəssisələrində yaxşı tədris güclü maddi bazaya əsaslanır, onlar Təhsil N azirliyinin deyil, SOCAR-ın tabeliyinə verilib. Nazirliyin bu təhsil müəssisələrinə özünün digər adi orta və ali məktəblərinə ayırdığı vəsaitdən çox vəsait ayırmağa imkanı yoxdur və bu heç düzgün də deyil ki, birini digərindən fərqləndirəsən. Məhz buna görə də, onlar neft şirkətinin tabeliyinə verilir və yeri gəlmişkən, bu şirkət özü də hadisələrin belə gedişindən məmnun deyil və özünə yad olan təhsil şəbəkəsindən canını qurtarmaqdan heç də imtina etməzdi. Axı bu neft şirkətidir və onun işi neft hasil etməkdir, məktəblərlə məşğul olmaq deyil. Amma nə edəsən ki, hökumət ən mürəkkəb məsələlərin həllini ona həvalə edir və şirkət də bunların öhdəsindən layiqincə gəlir. Və Rövnəq Abdullayev «Qafqaz Universiteti»ni SOCAR-ın balansına götürəndə nurçulara olan məhəbbətini deyil, universiteti qoruyub saxlamaq, yaxşı mütəxəssislər yetişdirmək və həmin təhsil ocağını nurçulardan təmizləmək məqsədini güdür.

Bəli, SOCAR-ın qarşısına vacib vəzifə qoyulub — nurçuların burada qoyub getdiklləri tədris bazasını qoruyub saxlamaq, inkişaf etdirmək və bununla birlikdə nurçu elementlərdən təmizləmək. Bu, yaxın illərdə şirkətin həll etməli olduğu növbəti vacib sosial tapşırıqdır. Çox güman ki, elə məhz bu amil — dövlətin ən güclü kommersiya strukturunun eyni zamanda ən əhəmiyyətli sosial problemləri — təhsildən tutmuş idmana qədər — həll etməsi çoxlarına rahatlıq vermir. Yalnız müxalifət sıralarında deyil, həmçinin gizli rəqiblərin — məmurların sırasinda. Biz hələ xarici düşmənlıəri demirik. Axı SOCAR-ın nüfuzuna xələl gətirmək eyni zamanda həm də Azərbaycan hökumətinin nüfuzuna təsir etməkdir. Düşmənlərimiz isə az deyil.

virtualaz.org


Xəbəri paylaş

6858 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___