Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Deputat afrikalı rəsmilərlə Xocalıdan danışdı
Tarix: 24-07-2016 | Saat: 15:42
Bölmə:M / Karusel / Siyasət | çapa göndər

Deputat afrikalı rəsmilərlə Xocalıdan danışdı

Millət vəkili Qənirə Paşayeva Cənubi Afrika, Kamerun və Çad rəsmiləri ilə Xocalıdan danışıb.

Görüş zamanı millət vəkili Qənirə Paşayeva Azərbaycanın Cənubi Afrika, Kamerun və Çad ilə dostluğun inkişafına önəm verdiyini deyib. Müzakirələr zamanı millət vəkili onlara Azərbaycanda qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər və xüsusilə Azərbaycan həqiqətləri ilə bağlı məlumatlar verib.

Q.Paşayeva Cənubi Afrika, Kamerun və Çadın qadın nazirləri və millət vəkillərinə Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktları, 1 milyon azərbaycanlının, yüz minlərlə azərbaycanlı qadının Ermənistanın işğalı nəticəsində öz yurd-yuvalarından qaçqın və məcburi köçkün düşməsi barədə məlumat verib. Onların fundamental insan haqlarının bu gün də Ermənistan tərəfindən pozulmaqda davam etməsi, rəsmi İrəvanın yüz minlərlə azərbaycanlı qaçqın və məcburi köçkünün 15 ildən artıqdır ki, öz ev-eşiyinə dönməsinə imkan verməməsi barədə söhbət açıbə “Dünyanın harasında yaşamasından asılı olmayaraq bütün qadınlar, xüsusilə də beynəlxalq aləmdə nüfuzlu qadınlar Ermənistanın törətdiyi bu kimi vandalizm aktlarına, körpə uşaqları qətlə yetirməsinə, yüz minlərlə azərbaycanlı qadının Ermənistan tərəfindən pozulmaqda davam edən fundamental insan haqlarına laqeyd, seyrçi qalmamalı və buna qarşı öz etiraz səsini ucaltmalı, azərbaycanlı qaçqın və məcburi köçkün qadınların öz ev-eşiklərinə dönməsi üçün səylərini artırmalıdırlar”.

Millət vəkili Q.Paşayeva Cənubi Afrika, Kamerun və Çadın qadın nazirləri və millət vəkillərinə Azərbaycan həqiqətlərinə, tarix və mədəniyyətinə, Dağlıq Qarabağ münaqişəsi və Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında törətdiyi vandalizm aktlarını, azərbaycanlılara məxsus tarixi-mədəni, dini abidələri, qəbiristanlıqları məhv etməsini özündə əks etdirən materialları, “Azərbaycan həqiqətləri” filmləri kataloqunu da təqdim edib.

Cənubi Afrika, Kamerun və Çadın qadın nazirləri və millət vəkilləri ölkələrinin Azərbaycanla dostluğun inkişafında maraqlı olduğunu və önəm verdiklərini deyərək əməkdaşlığın daha da genişlənməsinin önəmini vurğulayıblar və geniş fikir mübadiləsi aparılıb. Millət vəkili Q.Paşayeva Cənubi Afrika, Kamerun və Çadın bir sıra mətbuat və media qurumlarına geniş müsahibələr də verib.



4388 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___