Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Onlara veriləcək müavinətlərin məbləği açıqlandı
Tarix: 22-07-2016 | Saat: 16:13
Bölmə:M / Karusel / Dünya | çapa göndər

Onlara veriləcək müavinətlərin məbləği açıqlandı

Türkiyədə 15 iyul dövlət çevrilişinə cəhd zamanı ölən və yaralanan mülki vətəndaşların ailələrinə ödəniləcək təzminatın məbləği açıqlanıb.

Hadisələr zamanı ölənlərin ailələrinə 32.640 TL (16.724 AZN), yaralananlara 3.916 TL (2.006 AZN), şikəst olanlara isə 47.000 TL (24.082 AZN) birdəfəlik maddi yardım veriləcək.

Bundan əlavə, yaralananlara iş qabiliyyətinin itirilməsinə görə əlillik dərəcəsinə uyğun olaraq birdəfəlik təzminat ödəniləcək. Belə ki, I qrup əlilə 31.987 – 47.000 TL (16,390 – 24.082 AZN), II qrup əlilə 16.320 – 31.334 TL (8.362 – 16.055 AZN) və III qrup əlilə isə 2.611 – 15.667 TL (1.337 – 8.027 AZN) məbləği arasında pul veriləcək.

Eyni zamanda, ölənlərin ailələri və iş qabiliyyətini tamamilə itirənlərə aylıq müavinət ödəniləcək. Belə ki, ölənlərin ailələrinə 885 TL (453 AZN), iş qabiliyyətini tamamilə itirən I qrup əlilə 885 TL (452 AZN), II qrup əlilə 708 TL (362 AZN), III qrup əlilə isə 531 TL (272 AZN) aylıq müavinət veriləcək.

Ölən və yaralanan mülki vətəndaşların ailələri təzminatı almaq üçün 60 gün müddətində valiliyə müaciət etməlidirlər.

Xatırladaq ki, 15 iyul dövlət çevrilişinə cəhd zamanı 246 nəfər ölüb, 1536 nəfər yaralanıb.


Xəbəri paylaş

7008 dəfə oxunub.

Digər xəbərlər
17-02-2016, 11:23 Bakıda böyük yanğın

bütün xəbərlər
____ Instagram ___