Naxçıvan Muxtar Respublikası
9 - 14°
- 5 - 10°
Qazax, Gəncə, Goranboy, Tər-Tər, Ağdam, Füzuli, Cəbrayıl
9 - 14°
0 - 5°
Mərkəzi-Aran
9 - 4
0 - 5
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara
7-11°
0-3°
Bakıda və Abşeron yarımadasında
8-10°
2-4°
Məşəl festivalı - Ağdam rayonuna gətirilib.
Tarix: 11-05-2015 | Saat: 14:12
Bölmə:M / Karusel / Gündəm / Maraqlı / M2 | çapa göndər

Məşəl festivalı  - Ağdam rayonuna gətirilib.
Festival atəşfəşanlıqla başa çatıb.

Birinci Avropa Oyunlarının məşəli bu gün axşam saatlarında Ağcabədidən cəbhə bölgəsinə - Ağdam rayonuna gətirilib.

Xeberaz.az -ın məlumatına görə, Avropa Oyunlarının məşəlinin Quzanlı qəsəbəsində təntənəli qarşılanma mərasimi olub. Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin əməkdaşı Saleh Qurbanlı I Avropa Oyunlarının rəmzi qapısında məşəli qəbul edib. Sonra rayon gəncləri məşəli növbə ilə bir-birinə ötürərək, Heydər Əliyev prospekti boyunca 3 kilometr məsafəni qət edərək, Alov festivalının keçiriləcəyi məkana – Dövlət Bayrağı meydanının yerləşdiyi Soltanbud təpəsinin ətəyindəki Qala parkına çatıblar. Əllərində gül-çiçək və bayraqlar olan, rayonun kənd və qəsəbələrindən gəlmiş minlərlə ağdamlı Bakı-2015 Avropa Oyunlarının məşəlini coşqu ilə qarşılayıb.

Sonuncu yürüşçü – futbolçu Xəyyam Qurbanov səhnəyə qalxaraq, I Avropa Oyunlarının məşəlini alovlandırıb. Rayon məktəblisi Günay Kazımovanın ictimaiyyətə təqdim etdiyi çıraq Oyunların sonuna qədər Bakı-2015-in rəmzi kimi rayonda saxlanılacaq.

Mərasimdə aprelin 26-da Avropa Oyunlarının məşəlinin Bakıda Atəşgah məbədində alovlandırılması mərasiminin əks olunduğu videoçarx nümayiş etdirilib. Qala parkında keçirilən festival ağdamlılarda əsl bayram əhval-ruhiyyəsi yaradıb. Səhnədə nümayiş etdirilən Alov şousu, incəsənət ustalarının iştirakı ilə keçirilən konsert proqramı möhtəşəmliyi ilə yaddaşlarda qalıb.




















Minlərlə ağdamlının iştirak etdiyi Məşəl festivalı atəşfəşanlıqla başa çatıb.


Xəbəri paylaş

1 5838 dəfə oxunub.

Digər xəbərlər
bütün xəbərlər
____ Instagram ___