İlham Əliyev: Bu, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir
Tarix: 09-07-2016 | Saat: 20:32
Bölmə:M / Karusel / Gündəm | çapa göndər
Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir.
Bunu Azərbaycan Prezidenti İlham Əliyev NATO-nun Varşava Sammitində “Dövlət və hökumət başçıları səviyyəsində “Qətiyyətli dəstək” missiyası çərçivəsində aparılan əməliyyatlarda iştirak edən tərəfdaş dövlətlərlə Əfqanıstan üzrə görüş”də çıxışında deyib.
Dövlətimizin başçısı qeyd edib ki, Azərbaycan-NATO tərəfdaşlığı beynəlxalq hüququn və təhlükəsizliyin bölünməzliyi prinsiplərinə əsaslanır: "Əfsuslar olsun ki, həmin prinsiplər hələ də pozulur. Azərbaycanın ərazisinin təxminən 20 faizini silahlı qüvvələri ilə işğal etmiş və bir milyona yaxın azərbaycanlıya qarşı etnik təmizləmə aparmış, hərbi cinayətlər törətmiş Ermənistanın Azərbaycana qarşı davamlı şəkildə gücdən istifadəsi nəinki ölkəmizin ərazi bütövlüyünü pozur, o cümlədən regional təhlükəsizliyə ciddi təhdid yaradır".
Prezident əlavə edib ki, iyirmi ildən artıqdır ki, Ermənistan BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının Azərbaycan ərazisindən dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edən müvafiq qətnamələrini yerinə yetirməkdən imtina edir: "Biz status-kvonun qəbuledilməzliyini bəyan edən ATƏT-in Minsk qrupunun həmsədrlərinin, eləcə də ATƏT-in fəaliyyətdə olan sədrinin bəyanatlarını dəstəkləyirik. Status-kvonun dəyişdirilməsi Azərbaycan ərazilərinin işğaldan azad edilməsi deməkdir. Biz Varşava Sammitinin Bəyannaməsində bir daha qeyd edildiyi kimi, Azərbaycanın ərazi bütövlüyünə, müstəqilliyinə və suverenliyinə NATO-nun yenidən verdiyi dəstəyi yüksək dəyərləndiririk".
Xəbəri paylaş
6068 dəfə oxunub.
Digər xəbərlər

25-12-2017, 15:44
Qusarda üçəm doğulub
27-07-2017, 17:09
“Space”də əlbəyaxa dava - İki xanım işdən qovuldu +Yenilənib
28-09-2021, 10:53
Xəzərdə köməksiz qalan 3 nəfər xilas edilib - FOTO
15-05-2020, 21:37
Ramazanın 22-ci gününün duası: imsak və iftar vaxtı
8-08-2020, 17:11
Prezident onu fəxri diplomla təltif etdi - SƏRƏNCAM
27-01-2016, 14:29
Prezident Almaniya və Bolqarıstanın statistika qurumlarının rəhbərlərini qəbul edib
24-11-2018, 13:59
Şəhid ailələrinə mənzillər verildi - FOTO
26-10-2018, 12:59
Məşhur müğənni İslamı qəbul etdi, azan oxudu
14-09-2021, 10:49
Dördüncü dalğa məktəb və universitetlərdən başlayacaq, bu qaçılmazdır - Virusoloqlar